0
Monday 29 November 2021 - 23:54

Əl-Məşat: Məribin 14 şəhəri Yəmənin ağuşuna qayıdıb

Story Code : 966101
Əl-Məşat: Məribin 14 şəhəri Yəmənin ağuşuna qayıdıb
Əl-Məsirə kanalının məlumatına görə, Əl-Məşat deyib:

"Xarici işğalçıların Yəmənə qayıtması muzdluların xəyanətinin, onların yəmənlilərin əcdadlarının mübarizə tarixinə vurduqları zərbənin böyüklüyünün əlamətidir.

Bu gün izzət və şərəf o şəxslərə məxsusdur ki, vətəni tənha qoymadılar, rüsvayçılıq isə vətəninə xəyanət edənlərə aiddir! Əlbəttə ki, bu gün mövqelərində dəyişiklik edərək, Səudiyyə koalisiyası cəbhəsini tərk edən onlarla, yüzlərlə yəmənli qardaş və övladımız vətənin ağuşuna dönür. Buna şahid olmaq böyük şərəfdir!"