0
Tuesday 30 November 2021 - 23:51

Avropalı diplomat: Nüvə sazişi layihəsinin mətninin 70-80%-i hazırdır

Story Code : 966291
Avropalı diplomat: Nüvə sazişi layihəsinin mətninin 70-80%-i hazırdır
Avropalı diplomat "Reuters"ə bildirib ki, ötən gündən etibarən Vyanada başlayan HBFP sazişinin bərpası danışıqlarında saziş layihəsi mətninin 70-80 faizi artıq hazırdır.

Mənbə bildirib: "Razılaşdırılan məsələlər yekun sənəddə dəyişdirilə bilər. İranla danışıqlar üçün son tarix təyin etmək istəmirik."

Qeyd edək ki, Rəsmi Tehran da danışıqlar başlayan saatdan hazıradək baş verənləri müsbət qiymətləndirib və razılaşma əldə ediləcəyinə ümidvar olduqlarını bildirib.