0
Thursday 9 December 2021 - 21:55

"ABŞ-ın Əfqanıstanın pullarını geri qaytarmasının zamanıdır"

Story Code : 967716
"ABŞ-ın Əfqanıstanın pullarını geri qaytarmasının zamanıdır"
"FarsNews" saytının verdiyi məlumata görə, Pakistanın baş naziri İmran Xan "Cənubi Asiya Sülh və Rifah Konfransı"nın ilk iclasında beynəlxalq ictimaiyyəti humanitar böhran astanasında olan Əfqanıstana yardım etməyə çağırıb.

O, cümə axşamı İslamabadda Strateji Araşdırmalar İnstitutunda keçirilən görüşdə deyib: "Pakistan 40 milyon əfqana kömək etmək üçün bütün vasitələrdən istifadə edir."

Pakistanın baş naziri əlavə edib ki, ABŞ-ın Əfqanıstanın 9 milyard dollarlıq aktivini sərbəst buraxmasının və Talibanın Beynəlxalq Valyuta Fondunun (BVF) resurslarına çıxışına icazə verməsinin vaxtı çatıb.

O, Əfqanıstanın valyuta ehtiyatlarının ABŞ tərəfindən dondurulmasını ölkədəki iqtisadi və humanitar böhranın əsas səbəblərindən biri olduğunu bildirib.