0
Tuesday 14 December 2021 - 02:06

Kabildə uşaqları öldürən amerikalılar cəzasız qaldı

Story Code : 968381
Kabildə uşaqları öldürən amerikalılar cəzasız qaldı
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Bildirilib ki, sözügedən məsələ ilə bağlı qərarın verilməsi üçün Pentaqon rəhbəri Lloyd Ostin Mərkəzi Komandanlığın rəhbəri Kennet Makkenzi və Xüsusi Əməliyyatlar Komandanlığının rəhbəri Riçard Klarka müvafiq göstəriş verib. Mümkün cəza tədbirləri kimi rütbənin endirilməsi və ya töhmət verilməsi nəzərdə tutulub.

Makkenzi və Klark hərbi qulluqçulara qarşı sərt sanksiyalara hər hansı əsas görməyiblər.