0
Sunday 19 December 2021 - 09:06

Britaniyanın Breksit üzrə naziri istefa verdi

Story Code : 969224
Britaniyanın Breksit üzrə naziri istefa verdi
Teleqraf.com xəbər verir ki, bu barədə Frost ölkənin Baş naziri Boris Consona ünvanladığı məktubda bildirib.

Frostun nazir vəzifəsini gələn ilin yanvarında tərk edəcəyi ehtimal olunsa da, onun istefa qərarı geniş ictimaiyyətə indi məlum olduğundan, dərhal postunu tərk etməyi məqsədəuyğun hesab edib.

Frost yüksək vergilər, emissiyaların azaldılması öhdəlikləri və koronavirus məhdudiyyətləri daxil olmaqla hökumət siyasətinin istiqamətini bəyənmədiyini açıqlamışdı.