0
Monday 20 December 2021 - 01:39

Nigeriyada 20 nəfər quldurlar tərəfindən öldürüldü

Story Code : 969322
Nigeriyada 20 nəfər quldurlar tərəfindən öldürüldü
Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat verib.

Belə ki, silahlı şəxslər İdasu bölgəsindəki üç kəndə hücum edib və azı 20 mülki şəxsi qətlə yetirib.

Quldurlar evləri, kənd təsərrüfatı texnikasını qarət edərək yandırıblar.

Faktla bağlı istintaq başlayıb. Yaşayış məntəqələrini və onların sakinlərini qorumaq üçün bölgəyə təhlükəsizlik qüvvələri göndərilib.