Saakaşvilinin tərəfdarları aclıq aksiyasına başlayıblar
Story Code : 969658
APA-nın yerli bürosu xəbər verir ki, partiyanın qərargahının qarşısında çadırlar quran aksiyaçılar həbsdə olan sabiq Prezident Mixeil Saakaşvilinin azadlığa buraxılmasını tələb edirlər. Hazırda ərazidə 4 çadırın qurulduğu bildirilir.
Qeyd edək ki, bu gün “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melia paytaxtın Rustaveli prospektində keçirilən mitinqdə bildirib ki, M. Saakaşvilinin azadlığa buraxılması tələbi ilə ən az 300 nəfər aclıq aksiyasına başlayacaq və aksiya tələb yerinə yetirilənədək davam etdiriləcək.