0
Sunday 26 December 2021 - 10:38

NATO-Rusiya Şurasının iclası keçiriləcək

Story Code : 970369
NATO-Rusiya Şurasının iclası keçiriləcək
"Report" xəbər verir ki, bu barədə NATO rəsmisi "Anadolu" agentliyinə bildirib.

Stoltenberq NATO-Rusiya Şurasının sədri kimi iclasın yanvarın 12-də çağırılmasına qərar verib.

“Görüşlə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, - deyə rəsmi bildirib.

NATO Baş Qərargah Rəislərinin toplantısı da eyni gündə Brüsseldə keçiriləcək. Son aylarda Ukraynadakı vəziyyətlə bağlı NATO ilə Rusiya arasında gərginlik artıb və münasibətlər soyuq müharibədən sonra ən aşağı səviyyəyə düşüb.

NATO-nun baş katibi Stoltenberq Rusiya ilə dialoqa açıq olduqlarını qeyd edib.

NATO-Rusiya Şurası 2002-ci ildə Romada keçirilən sammitdə məsləhətləşmə, konsensus, əməkdaşlıq, birgə fəaliyyət mexanizmi kimi yaradılıb.