0
Sunday 26 December 2021 - 13:05

Sionistlərlə toqquşma zamanı 135 fələstinli yaralanıb

Story Code : 970401
Sionistlərlə toqquşma zamanı 135 fələstinli yaralanıb
Fələstin Qızıl Aypara Cəmiyyəti bazar günü səhər elan edib ki, şənbə günü Nablusda işğalçı İsrail qüvvələri ilə toqquşmalarda ən azı 135 fələstinli yaralanıb.

Sputnik xəbər agentliyinin Qızıl Aypara Cəmiyyətinə istinadən verdiyi xəbərə görə, işğal altındakı Qüdsün şimalındakı Nablus şəhəri yaxınlığında baş verən toqquşmalar zamanı 5 nəfər güllələnib, 35 nəfər rezin güllələrin hədəfi olub, 95 nəfər isə gözyaşardıcı qazın təsirindən yaralanıb.

Nablusun Bərqa qəsəbəsində ötən gündən etibarən sionist mühacirlərin hücumlarına və onların bu ərazidəki qeyri-qanuni yaşayış massivləri inşa etməsinə qarşı etiraz aksiyaları start götürüb.