0
Wednesday 29 December 2021 - 23:38

Avropa Parlamentinin üzvü: İŞİD-i məğlub etmək üçün heç kim general Süleymani qədər səy göstərməyib

Story Code : 971027
Avropa Parlamentinin üzvü: İŞİD-i məğlub etmək üçün heç kim general Süleymani qədər səy göstərməyib
İrlandiyanın Avropa Parlamentindəki nümayəndəsi Mayk Uolles "tvitter" hesabından yazıb ki, İraqda İŞİD-i məğlub etmək üçün ən çox əməyi olan şəxs general Qasim Süleymani olub.
Onun bu şərhi İran İslam Respublikasının Belçikadakı səfirliyinin general Süleymaninin şəhadətinin ikinci ildönümü ilə bağlı video yayımlayan və insanları buna baxmağa dəvət edən tvitinə reaksiyadır. Uolles İran səfirliyinin tvitinə cavab olaraq yazıb:
"ABŞ və onun müttəfiqləri İŞİD-in güclənməsi və terrorçu qrupların silahlanmasına görə məsuliyyət daşıdığı halda, İraqda İŞİD-i məğlub etmək üçün heç kim general Süleymani qədər səy göstərmədi. Onun öldürülməsi beynəlxalq ictimaiyyət tərəfindən pislənilmədi".