0
Thursday 30 December 2021 - 02:03

Saakaşvilinin xanımı: Onun vəziyyəti ağırdır

Story Code : 971041
Saakaşvilinin xanımı: Onun vəziyyəti ağırdır
Axar.az xəbər verir ki, bu barədə Saakaşvilinin həyat yoldaşı Yelizaveta Yasko Feysbuk səhifəsində yazıb.

“İki günlük qadağadan sonra bu gün xəstəxana rəhbərliyi Ukrayna konsuluna Saakaşvilini ziyarət etməyə icazə verdi və biz onun hazırki vəziyyəti ilə bağlı məlumat əldə etdik. Vəziyyəti kritikdir. Demək olar ki, hər gün uzanıqlı vəziyyətdədir. Nevroloji problemləri var, tibbi yardım almır. Təəssüf ki, hazırda onun durumu ağırdır və bu, zarafat deyil”, - deyə Yasko bildirib.

Qeyd edək ki, eks-prezidentin yenidən türmə hospitalından həbsxanaya köçürülməsi məsələsi gündəmdədir.