0
Sunday 2 January 2022 - 19:14

Yəmən Ordusu: 2021-ci ildə 12 min kvadrat kilometr ərazini azad etdik!

Story Code : 971666
Yəmən Ordusu: 2021-ci ildə 12 min kvadrat kilometr ərazini azad etdik!
Əl-Məsirə xəbər şəbəkəsi Yəhya Sərinin hesabatına istinadən bildirib ki, 2021-ci ildə Yəmən müştərək qüvvələrinin əməliyyatı 12 min kvadrat kilometr ərazinin azad edilməsi ilə nəticələnib.

Yəhya Səri bildirib ki, Yəmən Silahlı Qüvvələri 2020-ci ildən 2021-ci ilə qədər müddətdə müdafiə strategiyasından hücum mərhələsinə keçid edib və işğalçı [Səudiyyə-BƏƏ] koalisiyasının 223-dən çox hücumunu da dəf etməyə müvəffəq olub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü ABŞ-ın 12 Eagle Scan PUA-sının Yəmən ərazisində vurulmasına istinad edərək bildirib:
Yəmən qüvvələri muzdlu koalisiya qüvvələrinə qarşı 194 hücum əməliyyatı keçirib və son bir ildə Yəmənin 12 min kvadrat kilometr ərazisi azad edilib.