Ötən gün Yəmənin Ənsarullah qüvvələri Səudiyyə koalisiyasının muzdurlarının mövqelərinə hücum edib. Bu hücum nəticəsində Səudiyyə koalisiyasının 4 üzvü məhv edilib.
Gənc Reportyorlar Klubunun Sinxua agentliyinə istinadən verdiyi xəbərə görə, məlumatlı mənbə bildirib ki, ötən gün Yəmənin Ənsarullah qüvvələrinin Sənada Səudiyyə koalisiyasına raket hücumu nəticəsində koalisiya muzdurlarından olan 4 hərbçi həlak olub.
Qeyd edək ki, son günlərdə Səudiyyə koalisiyası Sənada yaşayış məntəqələrinə daha intensiv şəkildə raket zərbələri endirməyə başlayıb.