Kətaib əl-Hizbullah: Şəhidlərin qisasını almaq haqqımızdan keçə bilmərik!
Story Code : 971966
Əl-Məlumənin verdiyi xəbər görə, İraqın Kətaib əl-Hizbullah Müqavimət Hərəkatı bazar ertəsi günü Müqavimət cəbhəsi komandirlərinin şəhadətinin ikinci ildönümü münasibətilə keçirilən milyonluq nümayişdə gənclərin iştirakını yüksək qiymətləndirib və şəhidlərin intiqamının alınacağını vurğulayıb.
Kətaib əl-Hizbullah Müqavimət Hərəkatı öz bəyanatında bildirib:
"İraq xalqı Qasim Süleymani və Mehdi əl-Mühəndisin şəhadət ildönümünü qeyd etmək üçün milyonluq aksiyaya qatılaraq təkəbbürlü ABŞ-a möhkəm sillə vurdu! Amerikalılar elə zənn edirdilər ki, komandirlərə sui-qəsd etməklə xalqın qəlbindəki müqavimət alovunu söndürəcəklər, xalq müqaviməti meydanda tək qoyacaq. Amma xalq Şəhid Süleymani və Əbu Mehdi ilə əl-ələ verərək öz sədaqətini, vəfadarlığını, mətanətini sübuta yetirdi. Bu düşmənlərə sarsıdı zərbə idi!"