0
Wednesday 5 January 2022 - 23:07

Müqavimətin Sionist rejim üzərində tarixi qələbəsi

Story Code : 972230
Müqavimətin Sionist rejim üzərində tarixi qələbəsi
Əl-Məyadin telekanalının verdiyi xəbərə görə hazırda Sionist rejim həbsxanasında olan Müqavimət Cəbhəsi üzvü Hişam Əbu Həvaşın aclıq aksiyasını dayandıracağı gözlənilir.

Hişam bu addımı onun 26 fevralda azadlığa buraxılması ilə bağlı qərar qəbul edilməsindən sonra atıb.

İslami Cihad Təşkilatı rəhbərlərindən olan Xızır Adnan Əl-Məyadinə bildirib ki, Hişam tezliklə azadlığa çıxacaq.

Müqavimət Cəbhəsi bəyanatında qeyd edib ki, İsrail Hişam Əbu Həvaşı öldürməyi planlasa da təzyiqlərə tab gətirməyib və sonda məğlub olub.