İran svop yolu ilə Türkmənistan qazının digər ölkələrə nəqlini artırmağa hazır olduğunu bildirib
Story Code : 972575
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın Neft naziri Cavad Ouci Tehranda Türkmənistan nümayəndə hyətilə görüşü zamanı deyib.
O bildirib ki, İran Türkmənistanla qazın müadiləsi həcmini günə 40 milyon kubmetrə çatdıra bilər və bunun üçün lazımi infrastrukturaya malikdir.
“Bu, bizdə ildə 10-15 milyard kubmetr qazın mübadiləsinin mümkünlüyü deməkdir”, deyə Ouci bildirib.
Qeyd edək ki, ötən ilin noyabrın 28-də Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana (Naxçıvana) ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək.