0
Monday 10 January 2022 - 09:50

ABŞ-da koronavirusa yoluxanların sayı 60 milyonu keçib

Story Code : 972801
ABŞ-da koronavirusa yoluxanların sayı 60 milyonu keçib
APA-nın məlumatına görə, bu barədə Con Hopkins Universitetinin yenilənmiş hesabatında bildirilib.

“2021-ci ilin dekabr ayından etibarən ölkədə gündə 100 mindən çox yoluxma halı qeydə alınıb. Milyonlarla amerikalının qohumlarını və dostlarını ziyarət etməyə getdiyi Şükran Günündən sonra (25 noyabr) yoluxma daha da artmağa başlayıb”, - deyə məlumatda vurğulanıb.

Universitetinin məlumatında o da bildirilib ki, ümumilikdə, dünyada 306,6 milyon koronavirusa yoluxma halı qeydə alınıb, 5,4 milyon insan xəstəlikdən vəfat edib. ABŞ hər iki göstəriciyə görə dünyanda liderdir.

Qeyd edək ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzi Omicronun ölkədə dominant ştama çevrildiyini açıqlayıb. Bir sıra ərazilərdə, o cümlədən ABŞ-ın cənub-şərqində və şimal-qərbində Omicron ştamı ilə yoluxmuşların nisbəti 90%-i ötür.