0
Monday 10 January 2022 - 12:25

Qüds Patriarxı: Sionistlər Qüdsdəki xristianların varlığına qarşı təhdiddir!

Story Code : 972833
Qüds Patriarxı: Sionistlər Qüdsdəki xristianların varlığına qarşı təhdiddir!
Qüds Patriarxı III Theophilus İngiltərənin “Times” qəzetində dərc olunan qeyddə yazıb: "Elə düşünürəm ki, məqsəd xristian icmasını Müqəddəs Qüds şəhərindən çıxarmaqdır. Burada hər üç səmavi din, yəhudilik, xristianlıq və İslam üçün müqəddəs məkanlar var."

III Theophilus əlavə edib: "Yerusəlimdə varlığımız təhlükə altındadır. Kilsələrimiz İsrail ekstremist qrupları tərəfindən təhdid edilir. Qüdsdəki xristian icması bu sionist ekstremistlər tərəfindən çox əzab-əziyyətə məruz qalıb. Qardaşlarımız və bacılarımız qəlbi nifrət, kinlə dolu insanların cinayətlərinin qurbanı olurlar. Kilsələrimizə daim zərər yetirilir, hörmətsizlik edilir. Din xadimlərimiz dəfələrlə təhdidlərə məruz qalıb..."