0
Wednesday 12 January 2022 - 14:51

BƏƏ Yəmənin Sokotra şəhərində təxribatı

Story Code : 973204
BƏƏ Yəmənin Sokotra şəhərində təxribatı
Sosial şəbəkə istifadəçiləri Yəmənin Sokotra adası dağlarında əllərində sionist rejim bayrağı olan turistlərin şəkillərini yayıb.

"Vekaliəl-Səhanəl-Yəməniyyə"-nin məlumatına görə, istifadəçilər Birləşmiş Ərəb Əmirliyinin adaya sionist turistləri gətirəcəyini və onların təhlükəsizliyini təmin edərək, xidmət göstərəcəyini vurğulayıblar. Bu addımın bilərəkdən, yəmənliləri təhrik etmək məqsədi ilə atıldığı açıq-aydın ortadadır.

“Ben Ğalib” adlı istifadəçi yazıb ki, son vaxtlar sionist turistlərin işğal altındakı Yəmən torpaqlarında "rahatlığı" o qədər artıb ki, onlardan bəziləri Sokotra adasında gəzintiləri zamanı hər kəsin gözləri qarşısında sionist rejiminin bayrağını çiyinlərinə atıb gəzirlər.

Bundan əlavə məlumatlı mənbələr bildirib ki, son günlərdə BƏƏ Yəmənin Sokotra hava limanında sionist rejim üçün casusluq mərkəzi də təsis edib.