Modern.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiya qoşunları Qazaxıstanı təyyarələrlə tərk edib.
“Qazaxıstandakı Rusiya sülhməramlılarının bölmələri hərbi texnikanı İl-76 və An-124 hərbi təyyarələrinə yükləyib və Almatıdan uçublar.
On beş İl-76 və üç An-124 təyyarəsi İvanovo və Moskva vilayətlərindəki aerodromlara desant bölmələrinin şəxsi heyətini və texnikasını çatdıracaq. Daha sonra sülhməramlılar daimi dislokasiya məntəqələrinə qayıdacaqlar”, - deyə xəbərdə bildirilir.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə maye qazın qiymətinin iki dəfə artırılmasına etirazlar fonunda iğtişaşlar başlayandan sonra yardım üçün KTMT-yə müraciət etmişdi.
Yanvarın 13-də KTMT missiyasının Qazaxıstanda başa çatması elan edildi. Dünən Ermənistan və Tacikistan sülhməramlıları vətənlərinə qayıdıblar.