0
Sunday 16 January 2022 - 11:46

"Tel-Əviv fələstinli qadın məhbusları qəsdən koronavirusa yoluxdurur"

Story Code : 973875
"Tel-Əviv fələstinli qadın məhbusları qəsdən koronavirusa yoluxdurur"
Fələstin İslami Cihad Hərəkatının yüksək rütbəli üzvü Aminə Həmid bildirib ki, sionist rejim fələstinli qadın məhbuslara təzyiq göstərmək məqsədilə onları qəsdən koronavirusa yoluxdurub.

“Quds Press”in məlumatına görə, Aminə Həmid əlavə edib ki, fələstinli qadın məhbusların Covid-19 virusuna yoluxması xəbəri onu təəccübləndirməyib. Xüsusilə onların saxlanma şəraitinin ağır olduğu bir şəraitdə bu hadisə baş verib. Bütün bunlar qadın məhbusların iradəsini qırmaq üçün edilir.

Aminə Həmid bildirib ki, sionist rejimin həbsxana rəhbərliyi Covid-19 virusuna yoluxmuş məhbusları yalnız karantinə almaqla kifayətlənir və onlara heç bir tibbi yardım göstərilmir!