0
Wednesday 19 January 2022 - 12:10

Fransa prezidentliyə namizəd: “Ölkəmiz NATO-nu tərk etməlidir”

Story Code : 974450
Fransa prezidentliyə namizəd: “Ölkəmiz NATO-nu tərk etməlidir”
Fransa parlamentinin üzvü və qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd Jan-Lük Melenşon hesab edir ki, Fransa hərbi məsələlərdə müstəqilliyini bərpa etmək üçün NATO-dan çıxmalıdır. Bu barədə “Le Monde” qəzeti yazır.

“Biz NATO-dan çıxmalıyıq. Mən, ilk növbədə, hərbi suverenliyimizi bərpa etmək istəyirəm. Nüvə silahlarının qarşısının alınması qüvvələrinə malik olan Fransa müstəqil olmalı və silah istehsalı məsələlərində ABŞ-dan asılı olmamalıdır”.

Namizədin fikrincə, anti-Rusiya siyasəti Fransanın maraqlarına cavab vermir və belə kurs təhlükəli və absurddur.

“Niyə biz Ukraynanın sərhədlərini qorumalıyıq? İstəyirəm ki, Fransa alyanslardan azad olsun və qloballaşmanın alternativ yollarını dəstəkləsin”. /Virtualaz/