0
Saturday 22 January 2022 - 08:15

"Taliban" Norveçdə danışıqlarda iştirak edəcək

Story Code : 974963
"Taliban" Norveçdə danışıqlarda iştirak edəcək
"Report" bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

Norveçin Xarici İşlər Nazirliyinin məlumatına görə, "Taliban" yanvarın 23-dən 25-dək davam edəcək üçgünlük səfər üçün Osloya dəvət olunub.

"Taliban" nümayəndə heyəti Norveç hökumətinin, bir sıra müttəfiq ölkələrin nümayəndələri, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşəcək.

Norveçin xarici işlər naziri Anniken Huitfeldt Əfqanıstandakı humanitar böhranla bağlı narahatlığını ifadə edib və ölkədəki vəziyyəti milyonlarla insana təsir edən hərtərəfli humanitar fəlakət kimi qiymətləndirib. Onun sözlərinə görə, "Taliban"ın gözlənilən səfəri Əfqanıstanda hakimiyyətin tanınması demək deyil, lakin Oslo Asiya ölkəsini faktiki idarə edənlərlə əlaqə saxlamağa məcburdur.