0
Sunday 11 September 2011 - 01:32

Ehud Barak Türkiyyə ilə dost olduğunu sanır

Story Code : 97864
Ehud Barak Türkiyyə ilə dost olduğunu sanır
Ehud Barak Türkiyyə ilə dost olduğunu sanır
Islam times.org/az/ - Fransa xəbər agentliyinin bildirdiyinə görə, sionist İsrail rejiminin Müdafiə naziri Ehud Barak İsrailin Mavi Mərmərə gəmisinə təşkil etdiyi hücum və bu hadisədə 9 Türkiyə vətəndaşının öldürülməsi üçün Türkiyədən üzr istəməyəcəyini bir daha bildirdi.

Barak bundan əlavə , Tel Əvivin üzr istəməməsi səbəbiylə Türkiyənin İsrail əleyhinə götürdüyü son boykot qərarlarıyla əlaqədar olaraq "İsrail yaxın zamanda bu böhranı aşacaq. Mən bundan əminəm. Çünki Türkiyə İsrailin düşməni deyil" kimi ifadələr işlətmişdi.

Sionist İsrail naziri Barak, Türkiyənin düşməni olmaq üçün neçə Türkün beynəlxalq sularda öldürülə biləcəyini isə açıqlamadı.

Çünki bu qatillər 9 türkü öldürdükləri halda Türkiyəylə hələ də dost olduqlarını hesab edərək açıq-aşkar Türkiyə və Türk millətinə lağ edir və Türkiyəyə hər şeyi etdirə biləcəkləri imicini yaratmağa çalışırlar.

Ehud Barak əlavə olarq "Türklər, Türkiyəylə İsrailin qərb üçün oynadıqları çox əhəmiyyətli rolu çox yaxşı bilirlər. Bölgədə qərb üçün problem olan Suriya, Misir və İranda olan hadisələrdir. Türkiyə İsrail üçün problem deyil " dedi.
Translator :
Source : islamtimes
Comment