0
Sunday 11 September 2011 - 23:25

İsrail səfiri qaçdı

Story Code : 98070
İsrail səfiri qaçdı
İsrail səfiri qaçdı
Islam times.org/az/ - “İslamtimes” in Misir mətbuatına istinadən verdiyi xəbərə görə İsrailin Misir səfiri, ailəsi və yaxın qohumları Qahirəni tərk ediblər.

Cümə günü Qahirə şəhərində Cümə namazından sonra minlərələ insan İsrailin Qahirə səfirliyi qarşısında keçirdikləri etiraz aksiyasından sonra İsrail səfiri hadisədən qorxuya düşərək təcili olaraq ölkə ərazisini tərk edib.

Məlumatda bildirilir ki, keçirilən kütləvi aksiya zamanı 450 –yə yaxın insanın və 50 polsin xəsarət aldığı bildirilir.

Baş verən bu olay rəsmi Vaşinqtonun da narahatlığına səbəb olub. Belə ki, hadisə baş verəndən dərhal sonra ABŞ prezidenti Barak Obama Misir rəhbərliyinə xəbərdarlıq edərək beynəlxalq qanunlara hörmətlə yanaşmağı və İsrail səfirliyinin təhlükəsizliyini təmin etməsini tələb edib.

Xatırladaq ki, bir müddət əvvəl İsrail hərbçilərinin 5 misir təhlükəszilik xidməti əməkdaşlarını öldürməsindən sonra iki ölkə arasında vəziyyət daha da gərginləşib.
Translator :
Source : islamtimes
Comment