0
Monday 12 September 2011 - 06:58
Sionist rejimin casus şəbəkələrinin etirafı:

Tel-Əviv ən təhlükəli dövrü yaşayır

Story Code : 98113
Tel-Əviv ən təhlükəli dövrü yaşayır
Tel-Əviv ən təhlükəli dövrü yaşayır
“IslamTimes”-ın verdiyi məlumata əsasən, sionist casus şəbəkələrinə bağlı Debka xəbər agentliyi Misirdə İsrail səfirliyinə qarşı hücumları təhlil edərkən yazır: Qahirədə İsrail səfirliyinə hücum sionist rejimi 32 il öncəki qaranlıq dövrə qaytardı və dünyadan təcrid olmuş vəziyyətə saldı.

Sionist rejim səfirliyinin ələ keçirilməsi Tel-Əvivi guşənişin etdi

Bu məlumata əsasən, işğalçı İsrail başçıları baş vermiş hadisələrin İsrail üçün acı sonluğunu görürlər. Onlar başa düşürlər ki, hadisələr
İsraili ötən əsrin 70-ci illərindəki vəziyyətə qaytarır və Tel-Əviv ətrafdan təcrid olunmuş vəziyyətə gəlir. Həmin vaxtlar sionist rejim Yaxın Şərqdə tənha qalıb və ərəblərin hücumları ilə əhatə olunub.

Qahirəni tərk etmiş İsrail səfirinin qayıdışı yaxın zamanda baş verməyəcək

Adı çəkilən xəbər agentliyi İsrail səfirinin Misirdən qaçmasına işarə ilə bildirir ki, onun qayıdışı yaxın zamanda baş tutmayacaq. Bu sionist mərkəz iddia edir ki, Kemp Devid və qaz razılaşması asanlıqla pozula bilməz. Hansı ki, Misir xalqının tələbləri arasında bu iki
tələb əsas yer tutur. Bəzi mütəxəssislər isə bu razılaşmaların artıq ömrünü başa vurduğunu bildirir.

Yanvar inqilabından sonra qaz xəttində baş vermiş ardıcıl partlayışlar İsrailə qaz nəqlini dayandırıb.

Səfirliyin ələ keçirilməsi Misirlə İsrail əlaqələrinin kəsilməsinin başlanğıcıdır

Debka bildirir ki, Qahirədə İsrail səfirliyinə hücum Misir-İsrail əlaqələrinin kəsilməsində bir başlanğıcdır. Bu hadisə müsəlman qardaşları hərəkatı ilə hərbi keçid şurası arasında həmkarlıq nəticəsində baş tutub.

Xəbər ganetliyi İsrail səfirliyinin
ələ keçirilməsini proqramlı bir iş sayır. Bildirilir ki, hücum əməliyyatı Ərdoğanın Qahirəyə səfərindən cəmi iki gün əvvəl baş tutub. Belə görünür ki, Ərdoğanın İsrail əleyhinə bəyanatları Misir xalqı üçün təhrikedici olub. Çünki Ərdoğan Misiri İsraillə əlaqələri kəsməyə təşviq edir.

Mənbə bildirir ki, məntəqənin Misir və Türkiyə kimi iki böyük dövləti artıq İsrail əleyhinə alyansa qoşulub. Beləliklə, İsrail öz tarixinin siyasi və hərbi baxımdan ən ağır günlərini yaşayır.
Source : FarsNews
Comment