"IslamTimes" "FarsNews" xəbər agentliyinə istinadən xəbər verir ki, Misir təhlükəsizlik qüvvələri Şadi Salah Muslim adında 24 yaşlı Fələstin vətəndaşını casusluq ittihamı ilə həbs edib. Bu şəxsin üzərindən Misir hərbi düşərgələrinə və hərbiçilərinə məxsus fotolar aşkarlanıb.
İlkin araşdırmalardan sonra məlum olub ki, bu şəxsin səfər üçün hazırladığı sənədlər saxtadır. Belə ki Selah Muslim, Məhəmməd Nasir Mustafa adı ilə Misiri tərk etmək niyyətində imiş.
Saleh Muslimin üzərindən 450 şekel (İsrailin pul vahidi) və 500 ABŞ dolları götürülüb. Saleh saxlanılarkən üzərində həmçinin digər dövlətlərə məxsus məhrəmanə məlumatlar toplanmış sənədlər də olub.