0
Thursday 15 September 2011 - 08:27

Qara bazarın ağ günü

Story Code : 98883
Qara bazarın ağ günü
Qara bazarın ağ günü
Dövlətin vergi qurumlarından kənarda fəaliyyət göstərən bu biznes mərkəzinin hər gün daha çiçəklənidiyi də danılmaz faktdır. Lakin Təhsil Nazirinin gizli sex işlətməsi yəqin ki, heç kimin ağlına gəlməzdi.
Bizə bu barədə məlumat verən mənbənin sözlərinə görə Balaxanıda, Bərk Zibil Emalı Zavadunun 50 metrliyində, zibil qalaqlarının arxasında Misir Mərdanovun gizli plastik qapı-pəncərə sexi fəaliyyət göstərir: «Azərbaycanda tikilən və təmir edilən bütün məktəblər plastik qapı-pgncərəni bu sexdən alır. Həm də, normal qiymətlərdən iki dəfə baha qiymətə almağa məcburdurlar. Həmçinin daşıma haqqları bu qiymətlərə aid deyil», deyə mənbə bildirdi.
Mənbənin sözlərinə sexə nəzarəti Misir Mərdanovun pul kisələrindən biri hesab edilən Mövsüm İsmayılov həyata keçirir. Qeyd edək ki, bu yaxınlarda mətbuatda Baş Prokurorluq yanında Korrupsiyiyaya Qarşı Mübarizə idarəsi tərəfindən Mövsüm İsmayılovun məktəb tikintilərində və təmir işlərində yol verdiyi ciddi korrupsiya faktları ilə bağlı həbs olunması ilə bağlı məlumat yayılmışdı. Lakin sonradan Mövsüm İsmayılov müaaammalı şəkildə azad oluuundu. Mövsüm İsmayılovun Ağcabədi rayon «Aqrar Servis» rəhbəri olduğu və eyni zamanda Azərbaycanda bütün məktəb tikintilərini və təmir işlərini həyata keçirən «Qardaşlıq, Xumar-98» şirkətlər qrupunun sahibi olduğu bildirilirdi.
Bizə məlumat verən mənbənin sözlərinə görə Balaxanıdakı gizli plastik qapı-pəncərə sexi dövlət qeydiyyatından keçməyib və dövlətə heç bir vergi ödəmir.
Source : HaqqYolu
Comment