0
Thursday 28 April 2022 - 10:27

Husilər Səudiyyə Ərəbistanı və BƏƏ-də 250 obyekti hədəfə alacaqlarını bildiriblər

Story Code : 991536
Husilər Səudiyyə Ərəbistanı və BƏƏ-də 250 obyekti hədəfə alacaqlarını bildiriblər
SalamNews xəbər verir ki, bunu mərkəzi qəraragahları paytaxt Səna şəhərində yerləşən ”Yəmən Silahlı Qüvvələri”nin sözçüsü Yəhya Səri öz tvitter səhifəsində yazıb.

Yəməndə elan edilmiş iki aylıq atəşkəs anlaşmasının şərtlərinin yerinə yetirilməməsindən söz açan rəsmi bildirib ki, atəşkəs tələb edildiyi kimi baş tutmazsa BƏƏ və Səudiyyə Ərəbistanı daxilində nəzərdə tutulmuş 250 hədəf vurulacaq.

O, həmçinin əlavə edib ki, yaxın zamanlarda “Yəmən Silahlı Qüvvələri” yeni PUA-nı nümayiş etdirəcəklər.

Qeyd edək ki, husilərin dəstəklədiyi “Milli Qurtuluş Hökuməti” iki aylıq atəşkəsin şərtlərinin yerinə yetirilmədiyini, xüsusilə də Səna hava limanından uçuşların bərpa edilməsinə icazə verilmədiyini bildirərək, atəşkəs anlaşmasının hər an pozula biləcəyini bəyan edib.