Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Liviyanın yeni hökumətinə dəstək ifadə etmək üçün Tripoliyə gəlib.
Bu barədə Frans Press agentliyi məlumat yayıb.
Agentliyin Milli Keçid Şurasının (MKŞ) nümayəndələrinə istinadən verdiyi xəbərə görə, Tripolinin beynəlxalq hava limanında Türkiyənin Baş nazirini MKŞ-nin rəhbəri Mustafa Əbdülcəlil və MKŞ-nin İcraiyyə komitəsinin rəhbəri Mahmud Cibril qarşılayıblar.
Ərdoğanın Liviyanın yeni rəhbərliyi ilə görüş keçirəcəyi, həmçinin ölkə paytaxtında ənənəvi cümə namazında iştirak edəcəyi gözlənilir.