0
Wednesday 11 May 2022 - 09:40

Qaniçən İsrail qüvvələri jurnalist xanımı başından vuraraq qətlə yetirdi

Story Code : 993642
Qaniçən İsrail qüvvələri jurnalist xanımı başından vuraraq qətlə yetirdi
Cinayətkar sionist hərbçiləri bu gün İordan çayının qərb sahilində Cenin məntəqəsinə qarşı kütləvi hücuma keçib, onlarla fələstinlilər arasında şiddətli qarşıdurma yaşanıb. Sionistlər fələstinliləri atəşə tutub.

“Əl-Cəzirə”nin məlumatına görə, bu zaman hadisəni işıqlandıran “Əl-Cəzirə” telekanalının fələstinli jurnalisti Şirin Əbu Aqilə sionist hərbçilər tərəfindən başından vurularaq qətlə yetirilib.

Əl-Cəzirə telekanalı xəbər verir ki, Əbu Aqilə qaniçən İsrail hərbçiləri tərəfindən güllələnərkən əynində jurnalist jileti olub.