Sepah-ın yüksək rütbəli zabitinə qarşı terror aktı törədilib
Story Code : 995645
İranın paytaxtı Tehranda İslam İnqilabı Keşikçilər Ordusunun polkovniki terrora məruz qalıb. İslamazeri.com "MEHR"ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun verdiyi açıqlamaya görə, polkovnik Həsən Səyyad Hodayi Tehranın Mücahidin-i İslam küçəsindəki evinin yaxınlığında terror hücumuna məruz qalıb.
İki terrorçunun maşınına açdığı atəş nəticəsində polkovnik Hodayinin şəhid olduğu bildirilib.
Hadisə yerindən qaçan terrorçuları yaxalamaq üçün əməliyyatlara başlanılıb.