0
Sunday 7 January 2024 - 16:39
Kirman teraktına görə məsuliyyət kimlərin üzərinə düşür?

İŞİD ABŞ və İsrailin proksi qruplaşmasıdır - TƏHLİL

Story Code : 1107597
İŞİD ABŞ və İsrailin proksi qruplaşmasıdır - TƏHLİL
İŞİD qruplaşması Qərbi Asiya regionunda ABŞ və sionist rejimin yaratdığı qruplaşma olaraq Kirmandakı terror partlayışlarının məsuliyyətini öz üzərinə götürüb.
Terror aktından dərhal sonra diqqətlər ABŞ ilə sionist İsrail rejiminə tərəf yönəlsə də, onlar keçmişdə olduğu kimi, bu cinayətdəki rollarını inkar edirdilər.
Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Kirmandakı terror hadisəsi ilə bağlı iddia edib ki, Vaşinqtonun İranda baş verən partlayışlarda heç bir şəkildə əli yoxdur və İsrailin də əlinin olduğunu düşünməyə əsas yoxdur.
Lakin fakt budur ki, İŞİD kimi terror qruplaşması İran İslam Respublikasının düşmənlərinin mütəşəkkil dəstəyi olmadan heç vaxt belə bir cinayət törədə bilməzdi.
Qəti dəlillər də göstərir ki, Amerika Müqavimət Mehvəri ilə üzləşmək üçün təkfirçi terror qruplaşması olan DAEŞ-in yaranması və inkişafında əsas rol oynayıb və İŞİD-in İraq və Suriyada, sonra isə Əfqanıstanda fəaliyyətini genişləndirmək üçün davamlı səylər göstərib. Çünki Amerika adətən təkfirçi terrorçulara öz məqsədlərinə çatmaq üçün bir vasitə kimi baxır.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2016-cı ilin avqustunda Barak Obamanın prezidentliyi dövründə seçki çıxışlarının birində onu və seçkilərdə Demokratlar Partiyasının namizədi, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonu İŞİD-in qurucularından biri kimi təqdim etmişdi.
Həmçinin, bu ilin prezident seçkilərində iştirak edəcəyini açıqlayan və Demokratlar Partiyasında Co Baydenin rəqibi sayılan amerikalı siyasətçi kiçik Robert Kennedi İŞİD terror qruplaşmasının yaradılmasında ABŞ-ın rolundan danışıb.
Digər tərəfdən, sionistlər səssiz və ya inkarla Kirman terror hücumlarında öz rollarını inkar etməyə çalışsalar da, onların İran və digər ölkələrdə sabitliyi pozmaq üçün terror qrupları ilə əməkdaşlıq etdiyi uzun tarixə malikdir.
2019-cu ildə İsrail ordusunun Baş Qərargah rəisi etiraf etmişdi ki, Təl-Əviv Suriyadakı terrorçuları guya “özlərini müdafiə etmək üçün” “yüngül silahlarla” təchiz edib.
Məhz bu kontekstdə İran İslam Respublikasının hakimiyyət orqanları dəfələrlə terror qruplaşmaları ilə sionist rejim arasında sıx əlaqələrin olduğuna dəlalət edən sənədlər təqdim ediblər.
Buna görə də Amerika və sionist rejim Kirmandakı terror aktında iştiraklarını inkar etsələr də, bu cinayətin məsuliyyəti İŞİD başda olmaqla onun dəstəkçisi olan tərəflərin üzərinə düşür.
 
Source : SaharTV
Comment