0
Saturday 27 January 2024 - 16:34

Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan 1 il ötdü

Story Code : 1111922
Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan 1 il ötdü
2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı silahlı hücum baş verdi. Hücum nəticəsində səfirliyin mühafizə qrupunun rəhbəri Orxan Əsgərov qətlə yetirildi və səfirliyin iki digər əməkdaşı ağır yaralandı. Hücumçu şəxs  1969-cu il təvəllüdlü Yasin Hüseynzadə adlı bir şəxs idi. O polis qüvvələri tərəfindən cinayət yerində saxlanıldı. Yasin Hüseynzadə ilkin istintaq zamanı şəxsi zəmində bu cinayəti törətdiyini bildirdi.
Hadisədən sonra Azərbaycan Respublikasının Tehrandakı səfiri və bütün diplomatları İranı tərk etdilər. Bu qərar iki ölkə əlaqələrində müəyyən böhrana səbəb oldu. İndi bu hadisədən bir il ötür və bu müddətdə sözü gedən cinayət ilə bağlı Tehran və Bakının müvafiq qrumları arasında mütəmadi infomasiya mübadiləsi və lazımı əməkdaşlıqlar davam edib.  
Bu faktı Azərbaycan Respublikası XİN-i sözü gedən hücumun ildönüm günü ilə bağlı yaydığı bəyanatda da təsdiqləyib. Bəyanatda bildirilir ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmışdır.
Təxminən bir ay öncə də İran və Azərbaycan Respublikası baş prokurorları arasında keçirilən video konfransda Azərbaycan Respublikasının səfirliyinə edilən silahlı hücum və bu hücumu törədən şəxs barədə İranın məhkəmə aparatının həyata keçirdiyi prosses bir daha müzakirə edilmişdir. Həmin video konfransda cinayət işinin təkmilləşdirilməsi ilə yaxın zamanda məhkəmə iclasının keçiriləcəyi vurğulanmışdı.
Qeyd edək ki, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı terror hücumundan dərhal sonra bu cinayət aktı, İranda prezident, xarici işlər naziri, polis rəisi, məhkəmə hakimiyətinin sədri, baş prokuror və digər yüksək səviyyəli rəsmilər tərəfindən verilən bəyanatlarda kəskin şəkildə pislənildi. İranın Azərbaycan Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyi vurğulandı və rəsmi Bakıdan təmkinli olması, səfirliyi təxliyyə etməməsi istənildi.
 
Source : SaharTV
Comment