0
Tuesday 20 February 2024 - 16:03
İsrail Cənubi Qafqazı barıt çəlləyinə çevirir

İşğalçı rejim Azərbaycana silah tədarükünü davam etdirir - AKTUAL

Story Code : 1117442
İşğalçı rejim Azərbaycana silah tədarükünü davam etdirir - AKTUAL
Rusiya mətbuatının yazdığına görə, Azərbaycanın “Silkway Air” şirkətinə məxsus İl-76 nəqliyyat təyyarələri Bakı ilə İsraildəki Ovda Hərbi Hava Qüvvələri bazası arasında dayanmadan uçuşlarını davam etdirir. Bu təyyarələrin Azərbaycana müasir İsrail silahlarını daşıdığı deyilir. Bundan əvvəl Nikol Paşinyan xəbərdarlıq etmişdi ki, Azərbaycan Ermənistana qarşı genişmiqyaslı müharibəyə hazırlaşır.
İsrailin müxalifətə yaxın “Haaretz” qəzeti ötən ilin mart ayında dərc etdiyi məqalədə Ovda bazasından Bakı və Gəncəyə 7 həftə ərzində 92, 2023-cü ilin aprel-iyun ayları arasında isə ümumilikdə 4 uçuş həyata keçirildiyini iddia etmişdi.
Haaretz-in araşdırmasında Ermənistana xəbərdarlıq edilib ki, bu transferlərdən narahat olmalıdır. Çünki təcrübəyə görə İsraildən Azərbaycana hərbi texnikanın daşınması sərhəddə hərbi əməliyyatlara gətirib çıxarır.
Qeyd edək ki, İl-76 TD təyyarəsi bir reysdə 50 ton yük daşıya bilir.
İsraildən Azərbaycana silah ötürülməsi xəbəri Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana son xəbərdarlığının ardınca yayılıb.  “İrəvan Azərbaycanın ərazi bütövlüyünə olan təhdidini qanunvericilik aktlarından çıxarmalıdır, əks halda sülh olmayacaq”, - deyə o vurğulamışdı.
Digər tərəfdən bəzi ehtimallara görə, “Silk Way” nəqliyyat təyyarələri qabaqcıl silahlarla yanaşı, müdafiə sənayesinin tələb etdiyi ləvazimatları da Azərbaycana daşıyır.
Bu il fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı Azərbaycan prezidenti 2024-cü il üçün hərbi büdcənin və xərclərin artırılmasını təsdiqləyərək qeyd etmişdi: “Ölkəmizdə güclü hərbi sənaye kompleksi yaradıb və onun ikinci fazası daha da geniş olacaqdır”.
Amerikanın iqtisadi jurnalı Forbes bu yaxınlarda yazıb ki, İsrail 2019-cu ilə qədər Azərbaycanın idxal etdiyi silahların 70%-ni təmin edib və ölkənin silah bazarını əlində saxlayır.
Hazırda Qarabağ münaqişəsinin bitməsi ilə işğalçı İsraildən silah və hərbi texnikanın idxalı şübhəli görünə bilər.
 
Source : SaharTV
Comment