0
Sunday 9 July 2023 - 12:31

Marneulidə "Qədir-Xum" Bayramı ilə bağlı möhtəşəm tədbir keçirilib

Story Code : 1068535
Tədbirdə din xadimləri, bələdiyyə deputatları, eləcə də kəntlərdən və şəhərdən gələn qonaqlar iştirak ediblər. Müqəddəs Qurani Kərimdən ayələrin zikri ilə başlayan tədbirdə çıxış edən ilahiyyatçılar "Qədir-xum" hadisəsinin mahiyyət, fəlsəfə, nəticə və önəmindən danışıblar. Dinimizin kamil olduğu hadisə ilə bağlı Quran ayələrini izah edib, hadisənin sırf bir tarixi hadisə olmadığını, bəlkə İslamın və bəşəriyyətin talehini həll edəcək önəmli missiya olduğunu vurğulayıblar. Daha sonra isə yerli məddahlar və musiqiçilər öz gözəl ifaları ilə tədbirə rəng qatıblar. Baş tutan bayram tədbirində, Gürcüstanın ali təhsil ocaqlarında 100 %-lik dövlət qrantı hesabına təhsil alan tələbələrə hədiyyələr təqdim olunub. Tədbir sonda şirniyyat süfrəsi və ölkə və dünya müsəlmanlarına edilən dualarla sona çatıb. Qeyd edək ki, bu günlər Gürcüstanın bir çox bölgələrində, rayon və kəndlərdə, məscidlərdə dinimizin kamil olduğu və İlahi nemətin tamamlandığı gün olan "Qədir-xum" bayramı ilə əlaqədar mərasimlər keçirilib.
Comment