0
Saturday 16 March 2024 - 10:05

Baydenin Putini təhqir etməsinə Kremldən cavab

Story Code : 1122895
Baydenin Putini təhqir etməsinə Kremldən cavab
Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bayden çıxışında Putini "quldur"adlandırmışdı. Bu çıxışın Kremldə necə qarşılanması ilə bağlı suala Peskov belə cavab verib:

"Bu cür ifadələr dövlət başçılarına yaraşmır. Çətin ki, Amerika belə bir şeylə fəxr etsin".

Bundan əlavə, Bayden Müqəddəs Patrik Gününə həsr olunmuş çıxışında "salonda olan hər kəsi Vladimir Putinə qarşı çıxmağa" çağırdı.

 
Comment