0
Friday 29 March 2024 - 03:16

BMT: Qəzzada xəstəxanaların çoxu sıradan çıxıb

Story Code : 1125569
BMT: Qəzzada xəstəxanaların çoxu sıradan çıxıb
BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi bir hesabatda Qəzza zolağındakı 36 xəstəxanadan ən azı 24-nün fəaliyyətini dayandırdığı barədə xəbərdarlıq edib.

Əl-Cəzirə şəbəkəsi xəbər verir ki, bu sənəddə yazılıb: “Qəzza zolağında səhiyyə sistemi davamlı döyüşlər və blokada səbəbindən dağılır və bu vəziyyət getdikcə daha çox xəstəxananın fəaliyyətini dayandırmasına səbəb olur”.

Hesabatının davamında bildirilir: “Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına görə, 27 Mart Çərşənbə günü Qəzza zolağında ümumi 36 xəstəxanadan 24-ü fəaliyyətini tam dayandırıb, iki xəstəxana məhdud şəkildə işinə davam edir.
Comment