0
Sunday 1 October 2023 - 16:22
İranın Bakıdakı keçmiş səfiri Gənc Jurnalistlər Klubuna müsahibə verib

Pakayin: Qarabağ münaqişəsinin sona çatması region ölkələrinin marağındadır

Story Code : 1085234
Pakayin: Qarabağ münaqişəsinin sona çatması region ölkələrinin marağındadır
Möhsün Pakayin Gənc Jurnalistlər Klubuna müsahibəsində qondarma Qarabağ Respublikasının ləğvi və bölgədə 30 ildir davam edən münaqişənin sona çatmasına münasibət bildirərkən deyib: “Özünü müstəqil elan etmiş respublika heç bir ölkə tərəfindən tanınmadı. Baş verən müharibələrdən və siyasi müzakirələrdən sonra Ermənistan separatçılara dəstəyini geri çəkdi və bəyan etdi ki, Qarabağ Azərbaycan Respublikasının bir hissəsidir və bu muxtar hökumətin strukturu ləğv edilməlidir”.
Pakayin əlavə edib: “Bütün mövcud problemləri nəzərə alaraq və Azərbaycanla Qarabağın erməni nümayəndələri arasında əldə edilmiş razılaşmaya əsasən, yanvar ayına qədər bu mövcud strukturun ləğvi qərara alınıb.
O, Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün region ölkələrinin marağında olduğunu bəyan edib və deyib: “Bu münaqişə bölgədə 30 ilə yaxındır var idi və heç vaxt Qarabağın müstəqil olmayacağı aydın idi”.
Diplomatın sözlərinə görə, Dağlıq Qarabağ müstəqillik potensialına malik deyil, çoxlu əhaliyə malik deyil və Azərbaycan Respublikasının ərazi suverenliyi altındadır, bu səbəbdən də müstəqil ola bilməzdi. Və hazırda yaranmış şərait regionda sülhün xeyrinədir.
Pakayin qeyd edib ki, yeni vəziyyət Ermənistanın da xeyrinədir. Çünki bütüb bu illər ərzində Qarabağ münaqişəsi ilə bağlı BMT-də İrəvanın əleyhinə çoxlu qətnamələr qəbul edilib. Bu ölkənin xalqı yoxsulluqla üz-üzədir və indi münaqişənin sonu Ermənistanın xeyrinədir və bundan sonra İran və Rusiya kimi region ölkələrinin də xeyrinə olacaq. Çünki Qarabağ bəhanəsi ilə bölgəyə daxil olub öz maraqlarını təmin etməyi planlaşdıran qeyri-regional güclərin artıq bəhanəsi qalmayıb.
İranın Bakıdakı keçmiş səfiri İranla Azərbaycan arasında mövcud olan anlaşılmazlıqlara da toxunub: “Bizim Azərbaycanla problemlərimiz Qarabağla bağlı deyildi. Biz hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etmişik. Mövcud problem Azərbaycanın Ermənistana mümkün hücumu və İran-Ermənistan sərhədinin bağlanması ilə bağlı idi, lakin Azərbaycan Ermənistana qarşı hərbi əməliyyatlar həyata keçirmək və sərhədləri dəyişdirmək niyyətində olmadığını Tehranın diqqətinə çatdırıb, ikinci məsələ isə Azərbaycan səfirliyində baş verən insidentlə bağlı idi ki, bu da öz həllini tapmaq üzrədir və məhkəmə tezliklə müttəhimin cəzasını verəcək. Bütövlükdə İran və Azərbaycan əlaqələrinin gələcəyi parlaq görünür”, - deyə Pakayin vurğulayıb.
 
Source : SaharTV
Tagged
pakayin
Comment