0
Wednesday 8 November 2023 - 16:22

ABŞ Qəzzə zolağında soyqırım faktını inkar edir - TƏHLİL

Story Code : 1094254
ABŞ Qəzzə zolağında soyqırım faktını inkar edir - TƏHLİL
Fələstinli şəhidlərin sayı 10 mini, yaralıların isə sayı 24 mini keçsə də, onların əhəmiyyətli hissəsini uşaq və qadınlar təşkil etsə də, Amerika İsrailin əsas və qeyd-şərtsiz dəstəkçisi olaraq Qəzzədə soyqırımın baş verdiyini inkar edir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi sionistlərin fələstinlilərə qarşı cinayətlərinə dəstək olaraq Qəzzədə baş verənlərin soyqırım olmadığını iddia edib. Kirbi deyib: “Qəzzədə baş verənləri soyqırım kimi xarakterizə etmək məsuliyyətsizlikdir!”. 
Bu amerikalı məmurdan soruşulmalıdır ki, özünümüdafiə bəhanəsi ilə Qəzzə xalqına qarşı misli görünməmiş bir qətliam törədən və bu məsələdə Bayden administrasiyası və ABŞ Konqresinin tam dəstəyini alan sionist rejim daha hansı cinayətlərə əl atmalıdır ki, onu soyqırım kimi qəbul edəsən?
Bu arada Pentaqonun sözçüsü Patrik Rayder Fələstin müqavimət qrupları ilə İsrail arasında toqquşmaların başlamasından bir ay sonra nəhayət etiraf edib ki, Əl-Əqsa fırtınası əməliyyatına cavab olaraq Təl-Əviv tərəfindən Qəzzə zolağında minlərlə dinc sakin həlak olub və yaralanıb.
Xatırladaq ki, cinayətkar sionist rejimin Hərbi Hava Qüvvələri indiyədək Qəzzə zolağına müxtəlif hədəflərə qarşı Xirosimaya atılmış atom bombasının gücündən iki dəfə çox gücü olan 35 min ton bomba atıb. Belə bir aşkar faktı nəzərə alaraq Belçikanın Beynəlxalq Əməkdaşlıq Naziri Karolin Genies deyib: “İsrailin müharibə cinayətləri törətməsi araşdırılmalıdır, çünki bütün sübutlar bunu göstərir”.
Eyni zamanda, Bayden hökumətinin sionist rejimə olan dəstəkləyici yanaşması bəzi müstəqil amerikan siyasətçiləri də ayağa qaldırıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokrat üzvü Rəşidə Tlaib şənbə günü deyib: “Co Bayden Qəzzə müharibəsində fələstinlilərə qarşı soyqırımı dəstəkləyib və amerikalı seçicilər 2024-cü il seçkilərində bu məsələni unutmayacaqlar. Həmçinin ABŞ-ın Vermont ştatından olan senator Berni Sanders “günahsız insanların kor-koranə öldürülməsini” pisləyib və bildirib ki, sionist rejimin hücumları dayandırılmalıdır.
Bu tənqidi mövqelərə baxmayaraq, Bayden hökuməti və ABŞ Konqresi sionist rejimə dəstəyini davam etdirir və bu çirkin siyasət çərçivəsində, Bayden hökuməti İsrailə 320 milyon dollar dəyərində kiçik, lakin çox dəqiq bombalar göndərməyi planlaşdırır.
 
Source : SaharTV
Tagged
qəzza abş
Comment