0
Monday 6 February 2012 - 22:06

Yaşamaq işgəncəyə çevrilib

Story Code : 135893
Yaşamaq işgəncəyə çevrilib
Yaşamaq işgəncəyə çevrilib
Islam times.org/az/ - 2011-ci ilin 4-cü rübü üçün Statistika Komitəsinin növbəti açıqlamaları ekspertləri real vəziyyətlə bağlı çıxış etmələrini şərtləndirdi. Statkomun məlumatına görə (http://www.azstat.org/index.php) Ölkə əhalisinin sosial vəziyyətinin getdikcə yaxşılaşması yoxsulluğun azaldılmasına öz təsirini göstərmiş və ilkin məlumatlara görə bir il ərzində yoxsulluq səviyyəsi 1,5 faiz bəndi azalaraq 7,6 faizə enmişdir.

Qeyd etmək lazımdır ki, yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7 faiz, 2004-cü ildə 40,2 faiz, 2005-ci ildə 29,3 faiz, 2006-cı ildə 20,8 faiz, 2007-ci ildə 15,8 faiz, 2008-ci ildə 13,2 faiz, 2009-cu ildə 10,9 faiz, 2010-cu ildə isə 9,1 faiz təşkil etmişdir. Beləliklə, son səkkiz ildə yoxsul əhalinin sayı 5,2 dəfə azalmışdır.

Burda birinci sual budur ki, hökumət hansı indiqatorlara əsasən bu göstəricilərlə çıxış edir ? Araşdırma nəticəsində məlum olur ki, hakimiyy
t heç bir iqtisadi indiqatorları bəyan etmədən, özündən rəqəmlər və yoxsulluq meyarları müəyyən edib, yalançı statistik cədvəllərin quruculuğu məşğuldur. Ona görə sabah hakimiyyət desə ki, yoxsulluq səviyyəsi sıfırdan yuxarı deyil, buna təəcüblənməmək lazımdır.


Mövzuya elmi praktik və ekspertlərin baxışı ilə yanaşılmalıdır ki, aydın təsəvvür yaransın. Elementar sual yaranır ki, Avropanın ən inkişaf etmiş ölkəsi Almaniyada və ABŞ-da rəsmi rəqəmlərə görə yoxsulluq səviyyəsi Azərbaycandan yüksəkdir. Azərbaycan hansı əsasla bu nailiyyəti əldə etdiyini iddia edə bilər ? Yəni necə ola bilər ki, dünyanın inkişaf etmiş ölkələrində yoxsulların sayı Azərbaycandan çox olsun ?

Yoxsulluq iqtisadiyyatın elə bir bəlalı göstəricisidir ki, daha çox özünü əhalinin məşğulluq problemi olduğu ölkələrdə göstərir.
Kimsə deyə bilərmi ki, Rusiyaya Almaniyadan bir nəfər əmək miqrantı gəlib ? Amma hər kəs bilir ki, əmək qabiliyyətli 3 milyondan çox azərbaycanlı çörək qazanmaq üçün ancaq elə Rusiyaya getməyə məcbur olub.


Rusiyadan başqa Ukraina Belorus, Qazaxstan və Türkiyəyə də gedənlər var. Statkomun göstəriciləri üçün mümkün açıqlama izah ibarət ola bilər ki, hökumətin tərtibatına görə yaşayış minimumundan aşağı həddə qazancla dolanan insanlar sayılır.

Hökumətin bu il təqaüdçülər üçün təsdiq etdiyi yaşayış minimumunda 84 manat müəyyən edib. Nəyə görə 84 manat ? Çünki minimum təqaüdlər 93,50 manat müəyyən edildi və təqaüdçülər üçün yaşayış minimumunu 84 manat elan etməklə, bu kateqoriyada yer alan vətəndşları avtomtik olaraq yoxsullar sırasıdan çıxartdı. Yə
i 1,3 milyon təqaüdçünün 900 mini minimum təqaüd alırsa deməli onları artıq yoxsul hesab etmək olmaz.


Reallıqda vəziyyət belədirmi ? Əgər siz 9 milyon azərbycanlnın hər birindən nəinki 84 hətta 93,5 manatın minimum yaşam üçün kifayət edib etməməsini soruşsanız ən nəzakətlisi bu qəti şəkildə yox deyər, nəzakətli olmayanlar isə sualın özünü ona qarşı bir həqarət hesab edər.

Əgər biz yoxsulluğu qəbul edilmiş indikatorlarla hesablasaq Azərbaycanda yoxsuluq həddi 70 faizi belə aşa bilər. Məsələn Bolqarıstan bütün göstəricilrinə görə Avropa Biriyinin ən kasıb ölkəsi sayılır. Orada adambşına yaşayış minimumu 220 avrodur. Beş nəfərdən ibarət bolqar ailəsi 110 avrodan aşağı pul qazanırsa, deməli bu yoxsul ailə sayılır. Azərbaycanda hökumət ən kasıb Avropa ölkəsi olan Bolqarıstan kriteriyaları ilə hesablama aparsaydı, deməli 5 nəfərdən ibarət ai
ə büdcəsi 110 manatdan aşağı, yəni elə 1099 manat formalaşsaydı bu ailə yoxsul hesb oluna bilərdi. Özü də bütün mal və xidmətlərin qiyməti Bolqarıstanda Azərbacana nisbətən aşağıdır.


Azərbaycan da həmin meyarlarla yoxsulluğu müəyyən etsəydi o zaman Ölkədə yoxsul əhali 70 faizi aşardı. Ona görə qənaət ondan ibarətdir ki, hökumət Artur Rəsizadə kimilərinin ağlına gələn rəqəmlərini meyar qəbul edib Statkoma göstərici kimi təqdim edir. Yəni hökumət oyun qaydalarını da, meyarları da, rəqəmləri də özü müəyyən edir və statistk göstəricilərlə çıxış edir.

Hakimiyyətin heç bir nümayəndəsi ictimaiyyə qarşısına çıxıb izahat vemir ki, hansı meyarlarla təqaüdçünün yaşyış minimumunu 84 manat, əmək qabiliyyətli vətəndalar üçün isə 108 manat hesablayıblar. Sual yaranır lap elə məşğul vətəndaşlar üçün hansı qida rasionu, zəruri istehlak, səhiyyə xidmətləri nəzərdə tutulub, kommunal xərclər necə hesablanıb və.s.?

Qeyri rəsmi məlumatlara görə hazırda Azərbaycan hökuməti 1986-cı ildə Sovet Nazirlər Kabinetinin təsdiq etdyi yaşayış minimumunun meyarlarını istifadə edir. O zaman dollar indiki kimi 76 qəpik idi. Amma istehlak bazarının qiymətləri az çox fərqlidir. O zaman 1 kq ətin qiyməti 1,7 manat idisə indi 9 manatdır. Mən başqa qiymətləri demirəm. Metroda gediş 5 qəpik idisə indi 20 qəpikdir və s.

Yəni hökumət anlaya bilmirmi ki, bu keçən 30 ildə qiymətər dəyişib ? Və ya bazar qiymətlərindən xəbəri yoxdur ? Əlbəttə ki, var sadəcə xalqın güzəranı hökumət üçün qəti maraqlı deyil.

ABŞ-dakı meyarlara görə əgər vətəndaş əmək haqqısının 35 faizini ərzağa xərcləyisə deməli kasıbdır, Azərbaycanda isə hələ daimi işi yeri olan vətəndaşlar əmək haqlarının 87 fizini ərzağa xərcləyir. Təqaüdçülər isə nəinki 100 faizini ərzğa xərcləyir, hətta onlar əgər uşaqları və qohumları tərəfindən himayə olunmasaydı onlar sadəcə acından ölərdilər.
Dünyada insanların yaşayış minimmu hesablanarkən orda insanın təkcə ərzaq rasionu deyil, həm də onun qeyri ərzaq mal və xidmətləri nəzərə alınır. Azərbaycanda isə hakimiyyəti elə bir kurs götürüb ki, vətəndaşlar ya acından ölsünlər, ya da əziyyət çəkməklə bütü ömrünü işgəncə ilə yaşasın. Ona görə Azərbaycanda sadə vətəndaşlar üçün həyat, yaşamaq işgəncəyə çevrilib.

İslamtimes - Julian Assange
wikileaks.az@mail.ru

Source : islamtimes
Comment