0
Friday 2 March 2012 - 21:34

İrana qarşı siyasətlərdə Suriya bir maneədir

Story Code : 142289
İrana qarşı siyasətlərdə Suriya bir maneədir
İrana qarşı siyasətlərdə Suriya bir maneədir
Kanada şəbəkəsi Global Research Suriyaya qarşı Qərbin oyunlarından yazır. Qərb hər vasitə ilə Suriyaya sahib olmaq istəsə də İranın müttəfiqi olan Bəşar Əsədin xalq arasında reytinqi yüksəkdir.

ABŞ uzun zamandır Suriyaya təcavüz barədə düşünür. ABŞ-ın təqaüddə olan generalı Visli Klark 2007-ci ildə bir mətbuat konfransında ABŞ-ın bu istiqamətdə olan layihəsindən danışmışdı. 2001-ci ildə ABŞ müdafiə nazirliyindən sızan məlumata görə Yaxın Şərq və Şimali Afrikada Ağ Evin layihələri işlənilir. Bu şahmat taxtasında
Suriyaya qarşı da gedişlər var. Suriyada rejimin dəyişməsi ABŞ üçün önəmlidir. Ağ Ev bu sahədə bir sıra dövlətlərlə həmkarlıq edir. Layihələr müxtəlif şəbəkələr, o cümlədən Qətərin Əl-Cəzirə şəbəkəsi vasitəsi ilə yayımlanır. Regiondakı radikal qruplaşmalar, vəhhabilər Suriyaya qarşı təhrik edilir. 2005-ci ildə Buş Suriyadakı müxaliflərə maliyyə dəstəyi vermişdi.

Müxalif qruplaşmalar silahla təmin olunur, onlara hərbi təlim keçilir. Bu işlərdə Türkiyənin İncirlik hərbi bazasından istifadə
olunur. Müxalifətə Riyaz əl-Əsəd başçılıq edir. Rejimə qarşı olan qruplaşmalar adı çəkilən bazada təlim alır və silahlandırılaraq rejim üzərinə göndərilir. Son zamanlarda Qətər əmiri Suriyaya hərbi müdaxilə üzərində dayanıb. Əl-Qaidə terror qruplaşmasının üzvü, liviyalı radikal hərbçi Əbdül Həkim Belhac hazırda Türkiyə sərhədində mövqe tutub. O Suriyaya müdaxilə əmri gözləyir. Bu şəxs Liviyada hərbi şuradan istefa verib ki, Bəşar Əsədə qarşı əməliyyatlara qatılsın. Bu terror
qruplaşmaları Amerika və İsrail silahları ilə təchiz olunub. Ölkədəki qətliamları da bu qruplaşmalar həyata keçirir. Cinayətləri Bəşar Əsədin ayağına yazırlar. Maraqlıdır ki, Əl-Qaidə başçısı Ayman əz-Zəvahiri qrupun bütün dünyadakı mərkəzlərinə müraciət edərək onları Suriyaya hücuma çağırıb. Bundan əlavə Əl-Mirsad... adlı şəbəkə Suriyada həyata keçən terror əməliyyatlarını Bəşar Əsədin ayağına yazmaqla məşğuldur. Hansı ki, bu şəbəkənin mərkəzi Londonda yerləşir. Onlar təxribatçı
şayiələr yayır, saxta videogörüntülər hazırlayırlar. Onların materialları heç bir məhkəmədə sənəd kimi qəbul ediləcək qüvvədə deyil. Suriyadakı Ərəb müşahidəçilərinin rəyləri də təhrif olundu. Bu rəydə o qədər ədalətsizliyə yol verildi ki, müşahidəçilər qrupunun rəhbəri Məhəmməd Əl Dabi istefa verdi. O bir daha ərəb liqasının fəaliyyətlərində iştirak etməyəcəyini bildirib. Bəzi məlumatlara görə İsrail Suriyaya müdaxilə üçün hazırlıq işləri görür. Səudiyyə Ərəbistanından
olan vəhhabilər İsraillə birlikdə meydandadır.

Bütün bu fəaliyyətlərdə əsas məqsədlərdən biri məntəqədə söz sahibi olan İranı müttəfiqlərdən məhrum etməkdir. Aydın məsələdir ki Suriyada rejim dəyişsə Hizbullah və HƏMAS-ın hərbi təchizat məsələsində problem yaranacaq. Ehtimal olunan qarşıdurmalarda Çin və Rusiyanın İranla ittifaqa girəcəyi şübhə doğurmur. Şübhəsiz ki, ehtimal olunan müharibə dünya iqtisadiyyatına ağır zərbə vuracaq.

"IslamTimes" - Tərcümə şöbəsi
Comment