0
Monday 30 April 2012 - 17:06

Avropanı nə gözləyir - 2

Story Code : 157834
Avropanı nə gözləyir - 2
Avropanı nə gözləyir - 2
Yunanıstanın acınacaqlı vəziyyəti 2010-cu ilin aprel ayında maksimuma çatdıqdan bir il sonra, 2011-ci ildə Yunanıstana 100 milyard borc bağışlandı. Amma problem həllini tapmadı. Növbəti 110 milyard ayrıldı. Yunanıstan parlamentinə xərclərin azaldılması ilə bağlı layihə qəbul etdirildi. Yunanlar çox ağır bir böhranla barışmalı oldu. Yunanıstan hökuməti öhdəsinə götürdü ki, 12% kəsri 9%-ə endirsin, sonda 5%-dək azaltsın. Son layihənin qəbul olunmaması Yunanıstanın Avrozonadan çıxması demək idi. Yunanıstan belə bir qənaət şəraitində yaşamağa öyrənməmişdi. Vergilərin qaldırılması, müavinətlərin azaldılması dözülməz idi.

İrlandiyada da oxşar böhran
yaşanmaqdadır. Bankların əksəri müflis olub, borclar faciəli rəqəmlərlə göstərilir. 100 milyard avroya qədər banklara kömək ayrılsa da, bu yalnız ölkənin borclarını artırır. Avropa Birliyi bu ölkəyə 85 milyard avro yardım ayırdı. Yunanıstanla müqayisədə İrlandiyada müsbətə doğru hərəkət var.

Portuqaliya 80 milyard avro borcla problemlərinin bir hissəsini həll edib.

Hansı ölkələr böhran astanasındadır? Belə ölkələr az deyil. Bu sırada Belçika diqqəti cəlb edir. Bu ölkənin borcu ümumi istehsal civarındadır. Ölkədəki ağır vəziyyət hökumətin təşkilində ciddi problemlər yaradıb. Fransa da 83% ümumi daxili istehsal borcu ilə ağır vəziyyətdə olanlar
sırasındadır. İtaliyanın vəziyyəti daha ağırdır. Yunanıstan və İrlandiyadan sonra İtaliya gəlir.

İspaniya elan edib ki, Avropanın yardımlarına ehtiyacı yoxdur. İspanlar konstitusiyanı dəyişməklə də olsa balans yarada bildilər.

Dünya bazarına bağlılıq səbəbindən Britaniyanın vəziyyəti o birilərindən yüngüldür. London öz problemlərini dünya bazarı hesabına qismən də olsa həll edə bilib.

Olsun ki, 2012-ci ildə Avropa iqtisadi böhrandan çıxa biləcək. Amma Yunanıstanın Avrozonanı tərk etməsi geri qaytarılası itki deyil. Yunan iqtisadiyyatına dəyən zərbələr hələ uzun müddət özünü göstərəcək. Portuqaliya da bu qəbildəndir.

Bəli, Avropa ən ağır günlərini
yaşayır. Nə avronu ləğv etmək mümkündür, nə də bu pul tələblərə cavab verir. Hər halda gələcək şübhə altındadır. Böhran 2014-cü ilədək uzana bilər, faciəli həddin daha bir neçə ölkədə yaşanması mümkündür. Bir çox iqtisadçılar bu fikirdədir ki, avronun süqutu labüddür, bəziləri isə əksini düşünür.

Avropa dəyişməyə məhkumdur. Onun hansı yolu seçəcəyi aydın deyil. Aydın olan budur ki, Avropa 5 il əvvəlki Avropa deyil və ağır böhran keçirir. Əgər avrozona dağılsa bu hadisə sadəliklə ötüşməyəcək. Bunu yaxşı anlayan Avropa başçıları necə deyərlər son damla qanadək vuruşmaq əzmindədir.
Comment