0
Friday 18 May 2012 - 00:00

Mc Donalds haqqında inanılmaz faktlar - 1

Story Code : 162919
Mc Donalds
Mc Donalds
Islam times.org/az/ - 16 oktyabr Mc Donald-ın əleyhinə Beynəlxalq gün olduğunu heç bilirsinizmi? Amerikada il boyu 300 min nəfərdən çox insanın fas food (təcili çatdırılan, asan və sadə hazırlanan xörəklərdən) –dan dünyasını dəyişməsindən xəbəriniz varmı?

Təlxək Mc Donald 9 yaşından aşağı uşaqların 90%-ni bu şirkətin restoranlarına cəlb etdiyini heç bilirsinizmi? Mc Donald yeməklərinin necə hazırlanması ilə tanışsınız? Bu suallara cavab tapmaq üçün Şərqin verdiyi xüsusi aşağıdakı hesabatla tanış olun...

Şərq agentliyinin hesabatına əsasən; Mc Donald Korporasiyasının dünyanın hər bir tərəfində böyük və zəncirvari fast food (təcili çatdırılan qida) mağazaları vardır. Bu şirkət 119 ölkədə fəaliyyət göstərməklə gündəlik 68 milyon müştəri toplayır.

Şirkətin ilk dəfə işə başlaması tarixi 1940-cı ilə təsadüf edir. Həmin ildə Riçard və Muris adlı iki qardaş əl-ələ verərək Kaliforniyada özlərinə ilk Mc Donald restoranı açdılar.

Onlar ciddiyyətli şəkildə qərara aldılar ki, “təcili xidmət sistemi” təşkil etsinlər. Belə ki, bu sistem 1948-ci ildə təcili qida çatdırımı restoranlarının əsasını qoymaqla formalaşdı və gələcəyin qapısını rəqəmlə vurdu. Əlbəttə bu sistem təqribən iyirmi il bundan öncə White Castle (ağ qala) zəncirvari restoran vasitəsi ilə istifadə olunurdu. Ancaq qisa müddət ərzində ərzaq məhsulları ilə xörəklərin hazırlanıb çatdırılması məhz Mc Donaldın vasitəsi ilə tanındı.

Bu şirkətin baş qərargahı Amerika Birləşmiş Ştatlaının İllinoys vilayətində yerləşir. Ayntrbrnd müəssisəsinin hesabatına əsasən, 2010-cu ilə nisbətən 2011-ci ildə Mc Donald orta səhmlə 6% çox yəni 35,593 milyon dollar qazanaraq dünyada ən üstün ticarət markası ilə tanınmışdır.

Mc Donald, dünyanın ən böyük zəncirli
ast Food (təcili çatdırılan qida) restoranı

1961-ci ildə Mc Donald ilk dəfə olaraq qızıl qövs şəkilli (Golden Arches) öz ticarət loqosunu (emblemasını) və adını “M” hərfi simvolu şəklində qeyd etdi. Ekspertlərin əqidəsinə görə bu simvolda istifadə olunan xüsusi forma, sarı və qırmızı rəng birləşmələri uşaqların Mc Donald restoranına tərəf cəzb olunmasının dəlillərindən biridir.

Mc Donald qardaşlarının ilk zəncirvari restoranlarının filialı Rey Krak (Ray Kroc) adlı şəxsin dəstək və köməyi ilə 1955-ci ilin aprel ayında Amerikanın İllinuys əyalətində açılmışdır. Bu, Mc Donald silsiləvi restoranın bütün dünyada inkişaf etməsinə bir başlanğıc idi.

Əlbəttə Krak və Mc Donald qardaşları öz ticari fəaliyyətlərini genişləndirmək üçün həmişə bir-biri ilə problemləri var idi. Ancaq bu ticarətin adının dünyada uğur qazanmasında Krakın rolunu unutmaq olmaz.

Qızılı rəngdə qövsvari İngilis dilində “M” simvollu Mc Donaldın məşhur embleması

Dünyanın hər bir yerində Mc Donaldin 31 mindən artıq filialı və yarim milyondan çox əməkdaşı vardır. Dünyada Amerikanın kapitalizm rəmzi kimi tanınan bu şirkət, reklamlara ağır xərclər sərf etməklə öz mövqeyini qorumağa çalışaraq ərzaq sahəsində birinci rütbəyə kimi yüksəlmişdir.

Bu şirkətin reklam işlərində uğur qazanmasını və nəzər diqqəti özünə cəlb etməsini buradan başa düşmək olar ki, 2004-cü ildə araşdırmalara əsasən uşaqlar arasında təlxək Ronald Mc Donaldın təsviri Məsih və Corc Buşun təsvirindən çox tanınmışdır.

Əlbəttə bu şirkətin digər markaları o cümlədən, Piles cafe (Şirkət kafesi) kimi markaları da vardır. Bu şirkət öz müştərilərinin say çoxluğuna görə daha çox mənfəət əldə etmək ü&cc
dil;ün və Starbaks (Starbucks) – dan təqlid etməklə qəhvə kafesi kimi Mc Cafe adı ilə də fəaliyyət göstərməyə başladı.

Mc Cafenin ilk filialı 1993-cü ildə Avstraliyanın Melborn şəhərində açıldı. Uzun zaman keçdikcə Mc Donald restoranlarından Melborn filialı imitasiya ilə restoranın içində qəhvə mağazası Mc Cafe olundu. Onların bəziləri 60% -lə daha çox satış əldə etdilər. Hal hazırda dünyanın hər tərəfində 600 - dən çox Mc Cafenin filialları fəaliyyətlə məşğuldurlar.

Mc Donald restoranında bəzən Çay kafesi Mc Cafe də yerləşir

Bu şirkət öz müştərilərini çoxaltmaq üçün bir çox fikirlərə məsələn: Restoranın kənarında uşaqlar üçün oyun sahəsi, bəzəklərin dəyişdirilməsi və s. qulluq edir. Mc Donald maraqlı biznes modelindən istifadə edir. Bu şirkət şəhərlərin ən mühüm yerlərində öz restoranlarını açmaq və alış-veriş etməklə yanaşı daşınmaz əmlak sahəsində də fəaliyyət göstərir. Əlbəttə bu siyasət müxtəlif ölkələrdə fərqli və müxtəlif şərtlərinə görə həyata keçirilir.

Mc Donald zahirən dünyanın ən böyük və uğurlu şirkətlərindən biri kimi tanınmasına baxmayaraq, bu şirkətin məhsullarına və bu növ fəaliyyətinə bir çox tənqid edən insanlar da az deyildir.

Dünya miqyasında Mc Donald şirkətlərinin və məhsullarının inkişaf etməsi, bu tip şirkətlərin sahiblərinə çoxlu miqdarda mənfəət gətirir. Buna baxmayaraq digər tərəfdən də çox saylı müştərilərinin və muxatiblərinin ona qarşı olan intizarları daha böyükdür.

Bu məsələ əsasən maliyyə mənfəətinə təsir qoymuşdur. Halbuki ona çox da diqqət olunmur. Elə həmin mövzu bəzən bu şirkətlər tərəfindən şiddətli tənqidlərə də səbəb olur. Mc Donald şirkəti də bu məslədən istisna deyildir.

Anti Mc Donald günü

Dünya miqyasında Mc Donald şirkətinin inkişafına və genişlənməsinə, get-gedə bəzi əxlaqi məsələlər və etik problemlər təsir edərək bu şirkətin nüfuzunu tədricən sarsıtdı. Həmçinin getdikcə Mc Donalda qarşı etirazların sayı həddindən çox artmağa başladı. Etirazçılar hətta Oktyabr ayının 16-nı “Anti-Mc Donald günü” adlandırmışlar.

Bu kimi etirazlar o zaman özünü göstərdi ki, İngiltərədə baş verən anti-kapitalist iğtişaşlarında Mc Donald restoranları ilk hücuma məruz qalan restoranlardan biri oldu. Əlbəttə Mc Donaldın nüfuzuna ən böyük təsir qoyan Mc Libel haqqında olan məhkəməsi idi. Bu işdə Mc Donald şirkəti “Mc Donaldın problemi nədir” mövzusunda əl yazmaları paylamış olan fəalları məhkəməyə verib şikayət etmiş və məhkəmənin bu məsələyə baxaraq təqsirləndirilənlər üçün tezliklə ağır hökm çıxarılmasını gözləyirdi. Bu məsələyə baxış təxminən iki il yarım çəkdi. Bu, Britaniya hüquqi tarixinin ən uzun məhkəmə işlərindən biri oldu.
Mc Donald-ın restoranı qarşısında müxalifətin mitinqi

Ardı var.... !

ISLAMTIMESIN TƏRCÜMƏ ŞÖBƏSİ - HƏSƏNLİ
Source : Islamtimes,mashreqnews
Comment