0
Sunday 10 June 2012 - 18:34

Azad Bəxtiyar

Story Code : 170019
Azad Bəxtiyar
Azad Bəxtiyar
Islam times.org/az/ - Sonra da deyirlər amerikalılardan bizə nə fayda gəlir ? ABŞ Dövlət Katibi Hillary Clinton Cənubi Qafqaz turnesinə çıxıb və səfərini Ermənistandan başlayıb. Xanım Klintonun səfəri barədə bir neçə həftə əvvəl məlumatlar yayılmışdı və Azərbaycanda keçirəcəyi görüşlərdə bir çox məsələlərə toxunmaqla yanaşı, bəzi ekspertlər kiçik bir ehtimalla belə bir fikir irəli sürdülər ki, ola bilər vicdan məhbusu Bəxtiyar Hacıyev də həbsdən azad edilsin. Ancaq ekspertlər bu fikri cüzi və kövrək bir ehtimalla irəli sürdülər, səbəb də bəllidir, Azərbaycanın indiki hakimiyyəti “burda mənəm Bağdadda kor xəlifə” prinsipi ilə məsələlərə yanaşıb, heç kimi saymamazlıqla məşğuldurlar, bu saymamazlıq, təkəbbür özünün elə bir pik həddinə çatıb ki, istər istəməz ekspertlərdə hakimiyyətin hətta ABŞ belə eşitməmək həddinə gəlməsi rəyini yaradır.

Belə olmadı, xanım Klinton Ermənistandan Gürcüstana gələrək, Saakaşviliyə dəstək nitqini deyər deməz, iyunun 4-də Azərbaycanın Ali Məhkəməsi vicdan məhbusu Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını təmin edən qərar qəbul edir, düzdür söhbət şərti azadlıqdan gedir, yenə də azadlıqdır.

Xatırladım ki, məhşur Harvard universitetinin məzunu (Azərbaycanda bu universitetin cəmi iki məzunu var : H.Əliyevin tərcüməçisi işləmiş Rauf Hüseynov və Bəxtiyar Hacıyev) Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinmiş və həmin ilin may ayında 2 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

CM-nin 321.1-ci maddəsinə istinad edilən rəsmi ittiham məsələnin görünən tərəfidir, məsələnin batilə isə Bəxtiyar Hacıyevin 2010-cu ildə deputatlığa namizəd olan zaman hakimiyyəti tənqid etməsi və sonrakı dövrlərdə gəncləri fəal şəkildə ictimai siyasi fəaliyyətə cəlb etməsidir.

Düzdür, Bəxtiyar hərbi xidmətə getməkdən imtina edir və iddia edir ki, alternativ hərbi xidmət haqqında qanun qəbul edilsin və bu xidmətdə iştirak edəcək. Vicdan məhbusu olmuş bu istedadlı gənc, dəfələrlə mətbuata verdiyi açıqlamada qeyd edib ki, alternativ hərbi xidmət çəkmək hər bir vətəndaşın hüququdur və dövlət bunu təmin etməlidir.

Hələlik Azərbaycanda alternativ hərbi xidmət haqqında qanun qəbul edilməyib, baxamyaraq ki, bir neçə dəfə bu mövzu gündəmə gəlib. Yaxşı bəs Klintonun səfərinin Bəxtiyarın azadlığa buraxılmasına nə aidiyyat var ? Məsələ burasındadır ki, Bəxtiyar ABŞ-da yaşayan zaman fəal şəkildə xanım Klintonun seçki kampaniyasında iştirak edib və dövlət katibi onu parlaq bir gənc kimi tanıyır. Bəxtiyar həbs olunandan sonra xanım Klinton bir neçə dəfə üstüörtül şəkildə gənc fəalın azadlığa buraxılması barədə mesaj versə də, Azərbaycan hakimiyyəti bunu qulaqardına vurub, dövlət katibinə bildirib ki, cənubi qafqazda Gürcüstandan başqa da dövlət var, və bu dövlət Azərbaycandır, ABŞ rəsmiləri də bölgəyə səfər zamanı təkcə Gürcüstanla kifayətlənməsinlər.

Budur, Klinton Azərbaycana da səfər edəcəyini bəyan etdi və gəldi, elə Tiflisidəki, çıxışından sonra da iyunun 4-də Azərbaycanın Ali Məhkəməsi tələmtələsik Bəxtiyarın azadlığa çıxmasını təmin edən qərar qəbul etdi.

Ali Məhkəmə qərarı qəbul edən zaman Bəxtiyar özü məhkəməyə belə gətirilməyib və xəbəri ona 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi verib. Ancaq burda bir məsələ də var, Mayın sonunda Bəxtiyar Prezidentə müraciət ünvanlayıb, elə təxminən bu vaxtlar idi ki, xanım Klintonun turnesi barədə məlumatlar yayılmışdı.

Bəxtiyarın mətbuata verdiyi açıqlamadan belə anlaşılır ki, bu müraciət əvf ərizəsi deyildi, sadəcə gənc fəal Prezidentə müraciət edərək bildirib ki, onun azadlıqda olması daha çox fayda gətirə bilər. Ancaq burda daha çox yaşama haqqı olan versiya budur ki, hakimyyət tərəfindən Bəxtiyara bildiriblər ki, “səni buraxmağına buraxaq, ancaq sən də əvf ərizəsi olmasa da bir müraciət, məktub, bir iki kəlimə yumşaq tərzdə fikir yaz, Prezidentə ünvanla və məsələ sənin xeyrinə həll olunsun”.

Bəxtiyar da ağıllı tərpənərək təklifi qəbul edib. Hakimiyyət nə üçün belə bir müraciət istəyə bilər ? Ona görə ki, hakimiyyətin fikrincə həm daxildə həm də xaricdə nüfuzdan düşmüş durumda olmasın, deməsinlər ki, Klintonun kablukunun səsi Tiflisdə eşidilməmiş Azərbaycan hakimiyyəti Bəxtiyarı azadlğa buraxdı.

Məsələyə oxucularımızın da qiyabi tanıdığı və siyasi prosesləri fəal izləyən hacı Nəcəfin rəyini öyrənmək istədim. Hacı deyir ki, sən bir bax gör ABŞ özünü Azərbaycan xalqına necə oyunlarla sevdirir, burda tam dəstəklədiyi Azərbaycan hakimiyyəti gənc fəalları, jurnalistləri, siyasətçiləri həbs edir, Ağ Ev susur, bir müddət keçdikdən sonra ya bəynat verir, ya da səfər öncəsi Azərbaycan hakimiyyətinə barmaq silkələyir ki, “bax gəlirəm ha, bu siyahıdakıları zindandan burax”.

Bundan sonra da dəstək verdiyi mətbuat orqanlarına işarə edir ki, yazın və xalqa bildirin. Bu azadlıqları həbsdən çıxanlara ABŞ verdi. Bundan sonra məzlum xalq ABŞ-ı necə sevməsin ? Axı bu xalqın övladlarını həbsədən ABŞ buraxdırdı .! Ancaq nə olur olsun azadlıq başqa bir şeydir, bu gün o azad Bəxtiyarın hesabına yazıldı, Allah digərlərinin qapısını açsın.

İslamtimes - Julian Assange

wikileaks.az@mail.ru

Source : Islamtimes
Comment