0
Monday 1 October 2012 - 10:21

“Arsax”da da siyasi baxşılar eyni deyil

Story Code : 199550
“Arsax”da da siyasi baxşılar eyni deyil
“Arsax”da da siyasi baxşılar eyni deyil
Islam times.org/az/ - Mətbuatdan xəbəriniz olduğu kimi Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto Azərbaycana gəlmişdir. Pintonun bölgəyə səfəri Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı etimad münasibətlərini genişləndirmək və bu kontekstə Hərəkatın rolunu müzakirə etməkdir.

Bəzən ekspertlərimiz BAH o qədər də önəm vermirlər, ancaq onu deyim ki, bu təşkilat 1948-ci ildə Uniston Çerçil tərəfindən əsası qoyulduqdan bir il sonra Avropa Şurasının yaradılmasına səbəb oldu. Günümüzdə nüfuzu az olan təşkilatlardan deyil. Mərkəzi ofisi Brüsseldə yerləşən BAH-ın Cənubi Qafqazda önəm verdiyi məsələlərdən biri də Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində layihələr həyata keçirməkdir.

Burda bir məqamı qeyd etmək lazımdır, nufuzlu olmasına baxmayaraq Cənubi Qafqazda vətəndaş cəmiyyəti institutlarının formalaşması və inkişaf etməsi proseslərində digər beynəlxalq təşkilatlar qədər fəal deyil desəm yanılmaram. Azərbaycan Avropa Hərəkatı da BAH-na daxil olmaq üçün müəyyən prosedurları keçməklə və tələblərə cavab vermək üçün işlər görür.

Sentyabrın 22-də Baş ofisdə Pintonun hesabatı əsasında BAH AAH-ının ailəyə daxil olub olmaması barədə qərar verməlidir, ancaq elə indidən demək olar ki, məsələ müsbət həllini tapacaq. Bir az əvvəl qeyd etdiyim kimi Pintonun önəm verdiyi məsələlərdən biri də BAH çərçivəsində AAH ilə EAH arasında xoş əlaqələrin inkişafı çərçivəsində iki ölkə arasında mövcud münaqişənin həllinə yardım etməkdir.

Pintonun sözlərinə görə bu planda EAH-ın təmsilçilərinin noyabr ayında Bakıda keçiriləcək tədbirdə iştirakı gözlənilirdi, ancaq Azərbaycan cəmiyyətində mövcud emossional durum bu səfərdən imtina olunmasını şərtləndirdi. Digər avropalılar kimi Pintonun da qayğılanması anlaşılandır Ancaq avropalılar bəzən riyakarlığa da yol verirlər axı. Onların Dağlıq Qarabağ ermənilərinin milli müqəddəratının məyyən etməsini qəbul etdikləri halda gərək Azərbaycanın ərazi bütövlüyünü sual altına alsınlar, ya da əksinə.

Ona görə də onların Azərbaycanla bağlı “arzuları” (mən ona görə arzu sözünü yazıram ki, əslinə qalsa bu avropalıların heç arzusu da deyil, oyunudur) özünü doğrultmur. Bu günlərdə Dağlıq Qarabağda “Konstitusiyalı Arsax” vətəndaş hərəkatı yaradılıb. Hərəkata prezidentliyə namizəd Vitaliy Balasanyan, xarici siyasət və təhlükəsizlk üzrə ictimai şuranın sədri Masis Mailyan, Stepanakert mətbuat klubunun prezidenti Qeqam Baqdasaryan, eks deputatlar – Qriqoriy Ayrapetyan və Vaan Badasyan daxildir.

Ötən həftə hərəkatın Şuşada keçirdiyi toplantısında qəbul etdikləri bəyanatda deyilir ki, Dağlıq Qarabağ daxili ziddiyyətlərlə üzləşib və xalq hakimiyyətdən ayrı düşüb. Münaqişənin həlli üçün isə vətəndaşların səfərbərliyinə ciddi ehtiyac var. Konstitusiyaya görə hakimiyyət xalqa məxsus olsa da iqtidarda təmsil olunan qüvvələr bütün sahələrdə hakimiyyəti öz əlində cəmləyib xalqı hakimiyyətdə uzaq tutur və vətəndaşların mövqelərinə məhəl qoymurlar.

Hərəkatın fəallarının bəyanatına görə hakimiyyətin nəzarətsiz qalması iqtidarda təmsil olunan məmurların dövlət büdcəsini və digər resursları şəxsi mənafeləri üçün istismar etməyə gətirib çıxarıb, iqtisadi amillərdən özlərinin yararlanması üçün çalışırlar. Tanış mənzərədir deyilmi ?

Hərakat fəallarının fikrincə hakimiyyətin vətəndaş cəmiyyəti institutlarından ayrı düşməsi maliyyə və insan resurslarının Dağlıq Qarabağı tərk etməsinə gətirib çıxarıb. Bəyanatda deyilir ki, etiraz təkcə söz azadlığı və müstəqil mətbuatın fəaliyyətinın təmin olunmamasına görə deyil, həm də bunlar əhalinin dövlətə olan etimadının azaldılmasına, Arsaxın beynəlxalq imicinin pisləşməsinə, milli təhlükəsizlik və müdafiə qabiliyyətinin zəifləməsinə təsir edir.

Hərəkat Arsaxda konstitusion hakimiyyətin bərpa olunması və beynəlxalq aləmdə tanınması naminə fəaliyyət göstərmək üzrə mükəlləfliyyətli olduğunu bəyan edib. Başqa bir missiya, vətəndaşların hüquqlarının qorunması, qanuni seçkilərin təminatının sabitliyinə nail olunması, sosial ədalətin bərpa edilməsinə çalışacaq. Seçkilərin qanuni və şəffaflığı Arsaxın gələcəyi üçün çox böyük önəm daşıyır.

Fikir verdinizsə bəyanatda seçki mövzusuna az yer ayrılmayıb, bunun səbəbini anlamaq çətin deyil. Məsələ onda deyil ki, hər bir sivil ölkə üçün demokratik seçki önəmli və ciddi məsələdir, məsələ həm də ondadır ki, hərəkata daxil olan fəallar arasında seçkidə saxtakarlıqla üzləşdiyini iddia edən siyasətçilər də var. Onların fikrincə Saakyan bir siyasətçi kimi xalqa bundan sonra faydalı xidmət göstərməsi üçün potensialını tükətmiş bir adamdır.

Saakyanın yenidən seçilməsi seçki saxtakarlığı və Rusiyadan aldığı dəstəklə baş verib. Maraq doğuran budur ki, Dağlıq Qarabağda heç də bütün siyasi qüvvələr Rusiyapərəst deyil, orda Avropanın və ABŞ-ın da dəstək verdiyi qüvvələr var və bu qütblər arasında ziddiyyət parçalama səviyyəsində olmasa da ancaq ciddi siyasi rəqabət üçün motiv ola bilər. Masis Balayan da müsahibələrinin birin də deyib ki, Hərəkata Balasanyana səs verən vətəndaşları da hesablasaq onda 23 min adam qoşulub.

İSLAMTİMES - ELVİN CAVADOV
Source : İslamtimes
Comment