0
Sunday 23 December 2012 - 20:38

Obama Tehran səfərinə hazırlaşır

Story Code : 224200
Obama Tehran səfərinə hazırlaşır
Küveytin “Əl-Rəy” qəzetində Hüseyn Əbdül Hüseynin imzası ilə yazı dərc olunub. Bu şəxs qəzetin Vaşinqton müxbiridir. Müxbir xəbər verir ki, Barak Obama Ayətullah Xamenei ilə görüş üçün Tehran səfərinə hazırlığını bildirib.

Müxbir Britaniyanın "Chatham House" araşdırma mərkəzinin ekspertlərindəndir. O bildirir ki, Obama İranla vasitəsiz danışıq yolunu seçib. Obama yaxınlarına Tehrana səfəri ilə bağlı məlumat verib və qeyd edib ki, Ayətullah Xamenei ilə görüşünün nüvə proqramının dayandırılmasına təsir edəcəyinə ümidvardır. Bununla ABŞ və dünyanın qapıları İranın üzünə açılar və İranın regional aparıcı rolu təsdiqlənər.

Obama və Hillari Klinton bu vaxta qədər dəfələrlə müzakirə təklifi ilə çıxış ediblər. Amma bu təklifin nə dərəcədə ciddi olduğu sual altındadır.

Əl-Rəy yazır ki, Obamanın bu sahədə problemi İsrailin qıcıqlanmasıdır. İsrailin Vaşinqtonda güclü dəstəkləri var.

Elə bu səbəbdən də Obama və ya müdafiə naziri postuna namizəd Çak Hagel İranla danışıqlara getməklə İsraillə baş-başa gəlmiş olur. Bu problem hazırda gündəmdədir.

Leon Panettanın yerinə Respublikaçılardan namizəd olan Çak Hagelin 2009-cu ildə Senatdan getdikdən sonra İsrailə qarşı çıxdığı, eyni zamanda İrana qarşı sanksiyaları tənqid etdiyi bildirilir. Hagelin namizədlik məsələsi ortaya çıxandan sonra o ciddi təpkilərlə üz-üzə qalıb. Əlbəttə ki, onun da müdafiəçiləri mətbuatda çıxış edir.

Hagelin əsas müdafiəçilərindən olan Barasliti onun anti-İsrail mövqeyi barədə deyir: “Bu yalan məlumatdır. Onun Senatdakı fəaliyyətləri başqa söz deyir. O İsrailin mövqeyi barədə və İsrail mövzusunda başqa siyasətçilər qədər məlumatlıdır."
Comment