0
Thursday 24 January 2013 - 07:46

Cəmiyyətin həssaslığı orduda irəliləyiş üçün faydalıdır

Story Code : 234137
Cəmiyyətin həssaslığı orduda irəliləyiş üçün faydalıdır
Cəmiyyətin həssaslığı orduda irəliləyiş üçün faydalıdır
Islam times.org/az/ - İki gündür sosial şəbəkələrdə Beyləqandakı hərbi hissələrin birində xidmət çəkən əsgər, Namazlı Ülvi Eldəniz oğlunun facebook-da paylaşdığı fotosu müzakirə mövzusuna çevrilib və bu məsələ artıq mətbuat səhifələrində də işıqlandırılır.

Sizin də mövzudan xəbərdar olmanızı bilib keçirəm şərhə. Azərbaycan ordusunda dedovşinanın olduğunu bilməyən yoxdu, baxmayaraq ki, müdafiə nazirliyi gecə gündüz çox həyasızcasına ordudakı bu problemi inkar edir. Peşəkar hərbi dildə nizamnamədən kənar hərəkət adlandırılan bu problem özü də ordumuzda hər həftə əsgərlərin həyatına son qoyur.

Ancaq burda bir məqamı diqqətə çatdırmaq istəyirəm, iş burasındadır ki, həm mətubat həm də sosial şəbəkələrdə “əsgər ölümü”, yəni komandirlər tərəfindən əsgərlərin qətlə yetirilməsi məsələsi ilə dedovşina fərqli şeylərdir baxmayaraq ki, hər ikisi də cinayətdir və ordudakı problemdir.

Elə əvvəl əvvəl Ülvi Namazlını da bir çoxları zabit bilirdi, sonradan onun əsgər olduğu məlum oldu, buna baxamayaraq 12 yanvar aksiyasından sonra çox zaman keçməyib, hələ də bu mövzuya qarşı cəmiyyətdə bir həssaslıq var.

Dedovşina ilə zabit özbaşnalığnın fərqi ondadır ki, dedovşina azərbaycanlılara hələ Rusiya İmperiyasının ordusu zamanından bəllidir, zabitlərin əsgər öldürməsi və daxili orqanlarının satılması isə son iki ildə meydana gələn problemdir, yəni hardasa 2011-ci ildən bu yana.

Bundan başqa zabit bütün əsgərlərin taleyinə cavabdehdirsə, əsgərlərdə belə bir məsuliyyət yoxdur, ancaq Ülvi kimi məsuliyyətsizlik edib, öz əsgər yoldaşlarını alçaldan, döyən, əzən kimi hərəkətlərə yol verməsi dedovşina halıdır, bunun da yenə günahkarı zabitdir, çünki qanuna görə məsul şəxs odur.

Onu da deyim ki, əsgərlərin yoldaşlarını döyərək öldürməsi halları zabitlərin əsgəri qətlə yetirməsi müqayisədə az olur. Burda sevindiric olan başqa bir məqam da var, o da budur ki, cəmiyyətdə əsgərlərin taleyinə bir həssaslıq var, bu həssaslıq bir müddət davam etsə, orduda bir çox irəliləyişlərə nail olmaq olar, ən azı nizamnamədən kənar hərəkətlərə yol verilməsinin qarşısı xeyli alınar.
Source : İslamtimes
Comment