0
Friday 22 February 2013 - 20:16

“Aldanmış Kəvakib”kimi

Story Code : 241703
“Aldanmış Kəvakib”kimi
“Aldanmış Kəvakib”kimi
Islam times.org/az/ - Azərbaycan rəsmilərinin ölkənin demokratik qanunlarla idarə olunduğunu iddia etmələrinə baxmayaraq demokratiyadan kənar idarə edilməsi haqda nəinki ölkə mətbuatı, həmçinin qərb ölkələrinin Kütləvi İnformasiya Vasitələri də tutarlı faktlar ortaya qoyurlar.

Məsələn, bu yaxınlarda Almaniyanın ən nüfuzlu telekanallarından biri Bakıdan xüsusi reportaj hazırlamışdı. Reportajda hüquq müdafiəçisi Leyla Yunusun ofisinin sökülməsi, bununla yanaşı vətəndaşların evlərdən zor tətbiq etməklə çıxarılması kimi zorakılıqlar öz əksini tapırdı.

Qərb mediyası tez –tez Azərbaycanda baş verən siyasi həbsləri də gündəmdə saxlayır. Qeyd etmək lazımdlır ki, Azərbaycanda 78 dindar həbsxanadadır. Onlardan bu hakimiyyət tərəfindən ikisi elə həbsxanada Allahın rəhmətinə qovuşublar. Məhbuslardan biri ağır vəziyyətdə xəstədir.

Hal-hazırda həbsdə 8 jurnalist məhbus var. Azərbaycan dünyada ən çox jurnalist həbs edən 10 ölkədən biridir. İlham Əliyevin hakimiyyəti dövründə 3 jurnalist öldürülüb.

Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Onların tərkibinə OMON-çulardan tutmuş, Qarabağ veteranları, qaziləri, İsmayıllı, Quba sakinləri və Binə tacirləri daxildir.

Siyasi məhbuslardan biri prezident seçkilərinə namizəd, REAL vətəndaş hərəkatının sədri İlqar Məmmədovdur.
Keçən il iki dəfə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Qarabağ müharibəsinin iştirakçısı, Goranboydakı 157 saylı briqadanın komandir müavini Xosrov Mustafayev həbsxanada dünyasını dəyişdi.
Bu gedişatın siyasi tərəfi.

İqtisadiyyat sahəsində də vəziyyət necə deyərlər “ruscadır”. Misal olaraq aşağıdakıları xatırlatmaq olar:
Kəmaləddin Heydərovun "Gilan" tekstil fabriki işə düşəndən sonra ölkəyə xaricdən parça gətirilməsinə qadağa qoyulub.

Məsələn, "Binə" ticarət mərkəzində kiçik sahibkarların Türkiyədən və başqa ölkələrdən sifariş verdikləri tekstil malları Gömrük İdarəsi tərəfindən ölkəyə buraxılmır və sahibkarlara verilmir.

Onlara Kəmaləddin Heydərovun ələ keçirtdiyi Sumqayıtdakı Trikotaj Fabrikinin geydirmə mallarından istifadə edilməsi tövsiyə olunur.

İlham Əliyevin "Sahibkarları incidən cəzalandırılacaqdır" deməsindən düz bir həftə keçib. Görək indi Kəmaləddini kim cəzalandıracaq?!

Ziya Məmmədovun qoçularının qan uddurub dərisini soyduğu taksi sürücüləri, yük maşınları sahiblər arasında kim bilir nə qədər Qarabağ köçkünü, şəhid qohumları var. Sonra da Anar Məmmədov o dəri soyulmanın hesabına qazanılan pullarla Amerikada guya Xocalını tanıtdırır.

Bu da ölkədə cərəyan edən siyasi və iqtisadi gəlişmələrdən çox cüzi bir hissə. Bütün bunlara baxmayarq elə cəzalananlarda haqsızlığa dözməyib sözünü deyənlərdir.

Zalım hakimlərin, nazirlərin istefasını tələb edənlərdir. İstefa demişkən, daha bir istefa xəbəri yadıma düşdü. Xeyir, xeyir, səhv anlamayın. Bu Azərbaycanda baş verməyib. Burda vəzifəli şəxslər kresloya elə kök atıblar ki, onları hələm-hələm qaldırmaq mümkün deyil.

Bu dəfəki istefa Bolqarıstanda baş verib. Bolqarıstanın baş naziri Boyko Borisov istefa verib. Buna səbəb kimi o, etiraz aksiyaları zamanı polisin zor tətbiq etməsini göstərib: "mən polisin insanları döydüyü hökumətdə iştirak etməyəcəyəm. Qana boyanmış Orlov körpüsünə baxa bilmirəm. Oradakı hər damla qan bizim üzərimizdə ləkədir".
Kefdən danışırsanee Boyko müəllim.

Sən istefa verməmişdən qabaq bir -iki dəfə Azərbaycana gedib, oradakı polis qəhrəmanlıqlarını görsəydin, çətin istefa haqda düşünərdin. Aldanmısan Boyko müəllim, “Aldanmış Kəvakib” kimi.
Source : Islamtimes
Comment