0
Saturday 30 March 2013 - 22:01

Azad Suriya Ordusu haqqında məlumat

Story Code : 250139
Azad Suriya Ordusu haqqında məlumat
Azad Suriya Ordusu adlanan qruplaşma dünyada ən fəal terrorçu birləşmələrdəndir. Suriya böhranı başladıqdan sonra qruplaşma burada formalaşmış və dövlətə qarşı mübarizəyə başlamışdır. Riyaz Əsədin terrorundan sonra bu mövzuya bir daha qayıdırıq. Xatırladaq ki, Riyaz Əsəd Azad Suriya Ordusunun komandanı olmuşdur.
 
Məşriq xüsusi informasiya agentliyi xəbər verir ki, Azad Suriya Ordusu Suriyada böhrandan sonra yaranmış terrorçu qruplaşmalardandır. Bu qruplaşma Suriyada dövlətə qarşı vuruşur. 
 
Azad Suriya Ordusu 2011-ci il iyun ayının 29-da yəni 4 ay yarım Suriya böhranından sonra Riyaz Musa Riyaz əl-Əsədin komandanlığı altında yaradılmışdır. Əslində bu qrup Suriya ordusundan ayrılmış bir qrupdur. Suriya ordusundan qaçmış hərbiçilər arasında Hüseyn Hərmufun da adını çəkmək olar. Bu qrup 2011-ci il avqustun 3-də ilk bəyanatla çıxış etmişdir.
 
Riyaz Əsəd 1961-ci ildə Cəbəlul-Zaviyə məntəqəsində dünyaya gəlmişdir. Onun ailəsi sünni məzhəbindəndir. Bu məntəqə Müsəlman Qardaşlarının Suriyada əsas mərkəzlərindən sayılır.

 
 
Musa Əsəd 1980-ci ildə Suriya hərbi hava qüvvələrində xidmətə başlamışdır. O burada hərbi rütbə qazanmışdır. Suriya böhranı başladıqdan sonra bu ordudan ayrıldığını elan etmiş, 2011-ci il iyun ayının 29-da Azad Suriya Ordusu adı altında müxalif silahlı birləşmə yaratmışdır. 2011-ci il oktyabrın 8-də Türkiyəyə qaçmış və terrorçu qruplaşmaları Türkiyədən istiqamətləndirməyə başlamışdır. 
 
Azad Suriya Ordusu yarandıqdan sonra öz proqramını elan etmişdir. Əslində isə onun fəaliyyətləri proqramdakı müddəalara ziddir. Əgər proqramda bu birləşmənin sülh və dostluq istiqamətində fəaliyyətləri nəzərdə tutulursa, əslində qrup terrorla məşğuldur. Onun əsas hədəflərindən biri də dinc sakinlərdir. Qruplaşmanın əsas məqsədi Suriyada qanuni dövləti devirməkdir. Proqrama əsasən qruplaşma Suriyanın mədəniyyət abidələrinin toxunulmazlığını qəbul edir. 
 
Bu qrupun təsis yığıncağındakı bəyanatında deyilir: 
 
Azad Suriya Ordusunun məqsədi Suriya xalqına müstəqillik əldə etməkdə kömək göstərməkdir. Azad Suriya Ordusunun xalqa göstərdiyi əsas köməklər bunlardır: Etiraz aksiyalarının himayəsi, zərər çəkən məntəqələrin əhalisinə yardım, Suriya dövləti tərəfindən həbsə alınanların azadlığa çıxarılması, Suriyada dövlət quruluşunda dəyişikliklər aparmaq, Suriyanın ərazi bütövlüyünün qorunması, Azad Suriya Ordusunun gələcəkdə Suriya Milli Ordusunu təşkil etməsi, Suriya xalqına qarşı fəaliyyət göstərən Suriya dövlət rəsmilərinin beynəlxalq məhkəmədə mühakiməsi.

 
Azad Suriya Ordusu öz varlığını elan edəndən sonra bu ölkədə böhran yaratmaqda olan ölkələr onu maddi və hərbi baxımdan təchiz etmişlər. Riyaz Əsəd 2011-ci il 20 fevral tarixində “Əl-Rəy” qəzeti ilə müsahibəsində Ərəbistan padşahının himayəsinə görə təşəkkürünü bildirmiş və bu ölkənin hərbi yradımlarını etiraf etmişdir.
 
Sözünün davamında Riyaz Əsəd Səudiyyə Ərəbistanının Suriya hökumətinə qarşı mövqeyini alqışlamış, bu rejimin xarici işlər naziri Səud əl-Feysələ təşəkkürünü bildirmişdir. Əksər ərəb ölkələri Amerikanın rəhbərliyi altında Azad Suriya Ordusunu himayə edir.
 
Səudiyyə Ərəbistanından sonra Azad Suriya Ordusunun ən yaxın hamisi Qətər hökumətidir. Qətər bu orduya heç bir köməyini əsirgəmir. Azad Suriya Ordusunun rəsmiləri açıq şəkildə Qətər və Səudiyyə Ərəbistanının yardımlarını təsdiqləyirlər.

 
Suriya Milli Şurasının xarici əlaqələr üzrə məsulu bildirib ki, Qətər və Ərəbistan bu günə qədər Azad Suriya Ordusunu yüngül və ağır silahlarla təchiz edib. Azad Suriya Ordusunun ağır silahlar əldə etməsi şübhəsiz ki, xarici yardımlar sayəsində mümkün olub.
 
Azad Suriya Ordusunun başqa bir hamisi Fransa, Amerika və Britaniyadır. Bu ölkələr ayrı-ayrı vaxtlarda müxtəlif münasibətlərlə Azad Suriya Ordusuna maddi və hərbi yardım göstərmiş, siyasi dəstək vermişlər. Əl-Ərəbiyyə şəbəkəsi 2012-ci il 17 avqust tarixində elan edib ki, Suriya etirazçıları arasında bir fəal Azad Suriya Ordusunun “Stinger” tipli ABŞ raketlərinə malik olduğu barədə xəbər verib. Onun sözlərinə görə Azad Suriya Ordusunda 14 belə raket mövcuddur.
 
Bu mənbənin sözlərinə görə həmin raketlərin müxaliflərə ötürülməsi Türkiyə, Səudiyyə Ərəbistanının köməyi ilə mümkün olub. ABŞ müdafiə nazirliyinin rəsmilərindən biri bildirib ki, doğrudan da Suriya müxalifətinə 14 belə raket verilib. Raketlər Türkiyənin İskəndərun limanından Azad Suriya Ordusuna ötürülüb. Britaniyanın xarici işlər naziri Uilyam Heyq ötən avqust ayında elan edib ki, onun ölkəsi Azad Suriya Ordusuna 5 milyon funt yardım edib. Bu şəxs Azad Suriya Ordusuna göstərilən yardımlarla bağlı bir sıra qaranlıq məqamlara aydınlıq gətirib. 
 
Bu orduya Fransa da yaxından kömək edir. Fransa baş naziri Jan Mark Ayro ötən sentyabrda elan etdi ki, Paris Suriya qiyamçılarını himayə edir. Fransa xarici işlər naziri PMS radiosu ilə müsahibəsində qiyamçılara verilən təshilatlar haqqında danışıb. Bundan öncə Fransa prezidenti Fransua Olland ölkəsinin Suriya dövlətinə qarşı siyasətlərindən danışıb və Fransanın Suriyada demokratiyaya dəstək verdiyini bildirib. Amma Fransa prezidenti qeyd etməyib ki, demokratiya terrorçuların əli ilə Suriyaya qəbul etdirilir. 
 
Azad Suriya Ordusunu himayə edənlər arasında Türkiyənin adını çəkməmək olmaz. Əslində Türkiyə Azad Suriya Ordusu ilə bu ordunu himayə edən qüvvələr arasında vasitəçi rolunu oynayır. Ərdoğan dövləti terrorçu qruplaşmalar üçün sərhəd boyu təlim düşərgələri hazırlayıb. Terrorçu qüvvələri ABŞ, İngiltərə, Türkiyə hərbiçiləri təlimatlandırır. Türkiyə öz sərhədlərini açıq saxlamaqla bu orduya silah ötürülməsinə şərait yaradır.
 
Amma Azad Suriya Ordusu ötən 23 ayda heç bir irəliləyişə nail ola bilməyib. 2 ilə yaxın müddətdə böyük sərmayələr xərclənsə belə Bəşar Əsəd hökumətini zəiflətmək mümkün olmayıb. Hər gün Azad Suriya Ordusunun hamiləri bu ordunun hansısa müvəffəqiyyət qazanacağından ümidsiz olur. Bu səbəbdən də Bəşar Əsəd rejiminə müxalif olanlar artıq siyasi danışıqlar müstəvisinə keçməkdədir. 
 
Bu arada Fransa kəşfiyyat xidməti son vəziyyətlə bağlı hesabat hazırlayıb. Onlar Azad Suriya Ordusunun hamilərindən istəyirlər ki, bu orduya maddi və hərbi yardımları azaltsınlar.
 
Bu hesabatda iki nöqtə maraqlıdır. Rəsmi Suriya ordusu hərbi əməliyyatlarda terrorçulara verilən silahların böyük bir hissəsini ələ keçirib. Digər tərəfdən xarici dövlətlərin verdiyi silahlar terrorçular tərəfindən başqa məqsədlərlə istifadə olunur. Bu silahların Suriya ordusunun əlinə keçməsi xarici dövlətləri narahat edir. 
 
Fransa kəşfiyyat orqanları bildirir ki, Amerika Azad Suriya Ordusunun yalnız himayəsi ilə kifayətlənməlidir. ABŞ Milli Təhlükəsizlik Komitəsi yaxın vaxtlarda Ağ Ev üçün hesabat hazırlayıb. Bu hesabatda Amerika dövlətinə tövsiyə olunub ki, Suriyanın qanuni dövlətini devirmək fikrindən əl çəksinlər. ABŞ ekspertləri artıq bu işin qeyri-mümkün olduğunu başa düşüb.
 
Digər tərəfdən Ərəbistan vətəndaşı olan bir şəxs yaxın vaxtlarda YouTube-də bir film yayıb. Bu filmə görə Azad Suriya Ordusuna ötürülən silahlar Riyaz şəhərində satılır. Artıq Ərəbistan, BƏƏ Azad Suriya Ordusuna yardımdan çəkinirlər. Filmdən aydın olur ki, Azad Suriya Ordusuna verilən istənilən maddi və hərbi yardımlar Qasim Əkbər bazarı adlanan bir məntəqədə hərraca çıxarılır. 
 
Öncə qeyd etdik ki, Azad Suriya Ordusu öz proqramındakı müddəalara riayət etmir. Bu səbəbdən də onun əsil niyyəti artıq hamıya məlum olub. Artıq Türkiyə xalqı Türkiyə dövlətinin terrorçuları müdafiəsinə qarşı çıxır və Türkiyə ərazisində düşərgələrin ləğv olunmasını tələb edir. Bütün Türkiyə boyu Ərdoğanın Suriya siyasətinə qarşı aksiyalar keçirilir. Bu səbəbdən də Azad Suriya Ordusunun düşərgələri Türkiyədən başqa məntəqələrə köçürülür. Riyaz əl-Əsəd də mərkəzi qərərgahın Suriya torpaqlarına köçürüldüyünü bildirib. Türkiyə rəsmiləri bildirirlər ki, bu yerdəyişmənin səbəbi Türkiyənin Suriya problemindən uzaqlaşmaq istəməsidir. Türkiyə Ədalət və İnkişaf Partiyasının Suriya ilə bağlı mövqelərinin dəyişməsinin başqa bir səbəbi Kürd Fəhlə Partiyasının fəallaşmasıdır. Belə ki, Türkiyənin Suriya böhranına qatılması onun daxilində sabitsizliyin əsas səbəblərindəndir. Artıq Türkiyə ilə Azad Suriya Ordusunun komandanlığı arasında ixtilaflar aşkardır. Riyaz əl-Əsəd Türkiyədən çıxmazdan öncə Türkiyənin Suriyaya yaxın sərhəd ərazilərində möhkəmlənmişdi. Azad Suriya Ordusu ilk fəaliyyətlərində azadlıq və demokratiya şüarları ilə meydana girsə də zaman ötdükcə öz mahiyyətini açıqladı. Mülki vətəndaşlar arasında qırğınlar artdıqca xalq dərk etdi ki, özünü Azad Suriya Ordusu adlandıranlar əslində hakimiyyət uğrunda mübarizə aparan terrorçulardır. İnsanların evi qarət olundu, onların namusuna təcavüz edildi, müqəddəs yerlər dağıdıldı və xalq anladı ki, bu ordu yalnız dağıdıcılıqla məşğuldur. Ətmə məntəqəsində silahlı qruplaşmalardan birinin komandanı Əbu Mahmud Azad Suriya Ordusunun fəaliyyətləri ilə bağlı təəssüfünü bildirir. Əbu Mahmud qeyd edib ki, əslində Suriyadakı hərəkat başa çatıb və inqilab deyilən hadisə quldurların əlində bir vasitəyə çevrilib. O Azad Suriya Ordusu komandanlarının bir çoxunu oğurluqda və qəsbkarlıqda ittiham edib. Bu səbəbdən də Əbu Mahmud Azad Suriya Ordusundan ayrılıb və adi mülki həyata qayıdıb. 
 
Əbu Mahmudun dediyinə görə artıq Azad Suriya Ordusuna qoşulanların bir çoxu ordunu tərk edir. Onun sözlərinə görə orduda azğınlıq baş alıb gedir. Azad Suriya Ordusu deyilən məfhumun arxasında silahlı qruplaşmalar, quldurlar dayanır. Bu ordunun nüfuzlu şəxsləri xalqın malını qarət edir və açıq bazar açıb. Onlar ələ keçirdikləri malları qaçaq yolla Türkiyəyə ötürür. Əbu Mahmud 10 tanınmış komandanın adını çəkir. Onun sözlərinə görə bu komandanların arasında quldurluğu ilə şöhrət qazananlar var. Əbu Mahmud bildirir ki, Azad Suriya Ordusunun özbaşına komandanları ixtiyarlarına verilmiş bütün təchizatları satırlar. Onun sözlərinə görə hətta müflis olmuş suriyalılar arasında bu orduya qoşulmaqla öz maddi vəziyyətini düzəldənlər var. Əbu Mahmud bildirir ki, orduya göstəriş verənlərin əksəriyyəti xaricilərdir. Özü Suriya ordusundan qaçmış Əbu Mahmud tutduğu yola peşman olub. 
 
Əbu Mahmudun kiçik qruplaşması xüsusi ilə Hələb əməliyyatlarında iştirak edib. O öz qrupunun döyüşləri haqqında bildirir ki, yalnız kalaşnikov avtomatları ilə silahlanıblar. Bu silahlar isə Suriya ordusundan qənimət götürülüb. O bildirir ki, heç vaxt silah və pul yardımı görməyiblər. Onun sözlərinə görə daha yuxarıdakı komandanlar Əbu Mahmudun kiçik dəstəsini elə döyüşlərə göndərib ki, bu döyüşlərdən sağ çıxmaq qeyri-mümkün olub. Hazırda Azad Suriya Ordusunun müxtəlif qanadlara parçalanmış bölmələri arasında qənimət üstündə savaş gedir. Zaman ötdükcə Azad Suriya Ordusunda azğın insanların sayı artır. Silahlı qruplaşmalar əsas yolları nəzarətə götürür müsafirlərin mallarını əlindən alır. Artıq Azad Suriya Ordusu haqqında bu ordunun terrorçu qruplaşma olması təsdiqlənib. 

 
Azad Suriya Ordusu yaranan gündən bu günədək Suriyanın müxtəlif məntəqələrində böyük qətliamlar törədilib. Qətlə yetirilən insanların 90%-i mülki əhalidir. 
 
Vaşinqtonun Yaxın Şərq İnstitutunun hesabatına əsasən Azad Suriya Ordusu 37 qruplaşmadan ibarətdir, hər qruplaşmada 17-23 döyüşçü var. Hansı ki, Azad Suriya Ordusunda 40 min döyüşçü olduğu iddia edilir. 
Comment